Abraksas

Abraksas
yun. Ἀβρασάξ
Abraksasın təsviri.
Abraksasın təsviri.
Mifologiya yunan, Misir, qnostisizm
Yer kosmos
Təsir sahəsi cənnəteon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abraksas,[1] Abraksos və ya Abrasaks[2] (yun. Ἀβρασάξ) — qnostisizmdə kosmoloji varlıq.

Abraksas Misir tanrılarının panteonundan götürülmüşdür. Misirdə o, əjdahanın qatili kimi hörmətlə qarşılanırdı. Vasilid təriqətinin nümayəndələri hesab edirdilər ki, Abraksas göylərin və eonların ali rəhbəridir, onun simasında onların birliyini simvollaşdırır. Təsvirində bu varlıq insan bədəninə və xoruz başına malikdir, ayaqları yerinə ilanlar var. Abraksasın təsviri adətən amuletlərdə müşahidə olunurdu. Onun ətrafında yaranmış kult xristian qnostisizminin hüdudlarından kənara yayılaraq bir sıra bütpərəstlik cərəyanlarına daxil olmuşdur. Abraksas adı mistik "abrakadabra" sözü ilə əlaqələndirilir.[3]

  1. Любкер Фридрих. И. Пименова (redaktor). Иллюстрированный словарь античности. М.: Эксмо. 2005. /1344.
  2. Абраксас  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. Телицын, В. Л.; Багдасарян, В. Э.; Орлов, И. Б., redaktorlar АБРАКСАС // Символы, знаки, эмблемы. Энциклопедия (rus). М.: ЛОКИД-ПРЕСС. 2005.

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]