Acıçiçəkkimilər

Acıçiçəkkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçəkisitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.