Adams Uolter Sidni | |
---|---|
ing. Walter Sydney Adams | |
Doğum tarixi | 20 dekabr 1876[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 1956[4][2][…] (79 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | astronomiya, Günəş radiasiyası[d][1] |
İş yeri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Adams Uolter Sidni (20. 12. 1876–11. 5. 1956)— Amerika astronomu, Milli EA üzvü (1917).
1900 ildə Çikaqo Universitetini bitirmişdir. 1904–1946 illərdə Maunt-Vilson rəsədxanasında (1923 ildən direktoru, 1946 ildən fəxri direktoru) işləmiş. Elmi iş ləri ulduzların, planetlərin, Günəşin, ulduzlar arası mühitin spektral öyrənilməsinə həsr olunmuşdur. Maunt-Vilson rəsədxanasında şüa sürətlərinin və spektral parallaksların təyini, həmçinin ulduzların spektral təsnifatı üzrə geniş tədqiqatlarının təşkilatçısı və rəhbəri olmuşdur. Çoxlu sayda spektral qoşa ulduz kəşf etmiş, dəyişən və yeni ulduzların spektrlərini öyrənmişdir. 1925–1934 Ç. Sent-Con və T. Danhem ilə birlikdə Mars atmosferində su buxarının və oksigenin miqdarını ölçmüşdür. Öz əməkdaşları ilə birlikdə 60–100 düyümlü refrektorlar vasitəsilə 7000 ulduzun şüa sürətlərini ölçmüş, bir neçə min ulduzun təsnifatını verərək onların mütləq ölçülərini təyin edib. London Kral astronomiya cəmiyyətinin qızıl medalı (1917), ABŞ Milli EA Dreper ad. (1918) və Paris EA Jansen ad. (1935) medalları ilə təltif olunmuşdur.[6]