Adana Dəmirspor | ||||
---|---|---|---|---|
![]() | ||||
Ölkə | ||||
Ləqəb(lər) | Göy Şimşəklər | |||
Rəng(lər) |
![]() |
|||
Yaranma tarixi | 28 dekabr 1940 | |||
Stadionu | Yeni Adana Stadionu, Adana, Türkiyə | |||
Tutumu | 33.543 | |||
Prezidenti |
![]() |
|||
Baş məşqçisi |
![]() |
|||
Liqa | Super Liqa | |||
2022–2023 | 4. | |||
| ||||
Rəsmi saytı | ||||
![]() |
Adana Dəmirspor — Türkiyənin Adana şəhərini Super liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanan ən populyar departamentdir. Klub həmçinin avarçəkmə, stolüstü tennis, taekvondo və voleybol idman növləri üzrə də mübarizə aparır.[1]
Türkiyə Dövlət Dəmir Yolları (TCDD) idman fəaliyyətlərinə 1930-cu ildə Əskişəhər Dəmirsporun qurulması ilə başlamışdı. Sonrakı illərdə İzmir Dəmirspor, Ankara Dəmirspor, Kayseri Dəmirspor və İstanbul (Haydarpaşa) Dəmirspor quruldu.[2]
Adana Dəmirin doğma meydanı 2021-ci ilin mart ayından etibarən Adana Stadionudur(en). Stadion 33543 tamaşaçı tutumuna malikdir.[3]
Futbol departamenti klubun bütün tarixini yaşadan yeganə şöbədir. Departamentə Gökhan Göktürk rəhbərlik edir.[4]