Adelina Sotnikova | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Аделина Сотникова | ||||||||||||||||||||
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Adelina Dmitriyevna Sotnikova | |||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | |||||||||||||||||||
Doğum tarixi | 1 iyul 1996[1] (28 yaş) | |||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Təhsili |
|
|||||||||||||||||||
Boyu | 164 sm. (5 ft 4 in) | |||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||
Məşqçisi | Yelena Buyanova | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Adelina Dmitriyevna Sotnikova (rus. Аделина Сотникова; 1 iyul 1996[1], Moskva, Rusiya) — Rusiya fiqurçusu. Adelina Sotnikova, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. O, həm də 2013-cü ildə Zaqrebdə və 2014-cü ildə Budapeştdə baş tutan Avropa Çempionatlarının və 2012-ci ildə baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub, 2011-ci ildə gənclər arasında Dünya Çempionatının, 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalının və dörd dəfə (2008, 2010, 2011 və 2013-cü illərdə) Rusiya Çempionatının qalibi olub.
Karyerası ərzində 36 yarışa qatılan Adelina Sotnikova, onların 11-də qızıl medal, 7-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.
Adelina Sotnikova 1996-cı il iyulun 1-də Moskva şəhərində anadan olub. Adelina Sotnikovanın ulu babası Aleksandr Koçetov, Sovet İttifaqı Qəhrəmanıdır. Adelina Sotnikova, dörd yaşından idmanla məşğul olmağa başladı. 2004-cü ildən OMİK-də Yelena Buyanovanın rəhbərliyi altında məşq etməyə başlayan Adelina Sotnikova, 2008-ci ildə yarışlarda debüt etməyə başladı.
Adelina Sotnikova, 2008-ci ilin 30 yanvar-2 fevral tarixlərində Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, ümumi nəticədə 116.62 balla 10-cu pillənin sahibi oldu.
Adelina Sotnikova, 2008–2009-cu illər mövsümündə Rusiya Çempionatında və gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Kazan şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında o, 160.55 balla birinci pillənin sahibi oldu və çempionatının qalibi oldu. 12 yaşında Rusiya Çempionatının qızıl medalına sahib olan Adelina Sotnikova, bu idman növü üzrə Rusiya Çempionatının qalibi olan ən gənc idmançı oldu.
Daha sonra o, 28–30 yanvarda baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Adelina Sotnikova, 170.28 balla birinci pillənin sahibi oldu və gənclər arasında da Rusiya Çempionatının qızıl medalına sahib oldu.
2009–2010-cu illər mövsümündə də Adelina Sotnikova, Rusiya Çempionatlarında mübarizə apardı. O, St. Peterburq şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatının qısa proqramında 62.78 balla üçüncü pillənin, sərbəst proqramında isə 112.92 balla dördüncü pillənin sahibi oldu. Ümumi nəticədə isə Adelina Sotnikova, 175.70 balla 14 idmançı sırasında Rusiya Çempionatını dördüncü pillədə başa vurdu.
2–6 fevralda isə gənclər arasında Rusiya Çempionatı baş tutdu. Ötən il çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər qısa proqramda 58.28 balla dördüncü pillənin, sərbəst proqramda isə 94.50 balla altıncı pillənini sahibi oldu. Ümumi nəticədə isə o, 152.78 balla gənclər arasında Rusiya Çempionatını 6-cı pillədə başa vurdu.
Adelina Sotnikova, beynəlxalq səviyyədə birinci yarışına 15–20 sentyabrda Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının Avstriya mərhələsi çərçivəsində qatıldı.[2] O, qısa proqramda 62.32 balla birinci pillənin sahibi oldu.[3] Sərbəst proqramda da Adelina Sotnikova, uğurlu mübarizə apardı və 118.65 balla birinci pillənin sahibi oldu.[4] Bununla da Adelina Sotnikova, ümumi nəticədə 180.98 balla gənclər arasında ISU Qran-Pri yarışının Avstriya mərhələsinin qızıl medalına sahib oldu.[2] Bu qızıl medal onun, beynəlxalq səviyyədə baş tutan yarışlarda qazandığı birinci medal oldu.
Daha sonra o, İngiltərənin Şeffild şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının İngiltərə mərhələsində mübarizə apardı.[5] Adelina Sotnikova, qısa proqramda 60.40 balla, sərbəst proqramda isə 108.32 balla birinci pillənin sahibi oldu.[6][7] Ümumi nəticədə 168.72 balla birinci pillənin sahibi olan Adelina Sotnikova, gənclər arasında ISU Qran-Pri yarışının İngiltərə mərhələsinin qalibi oldu.[5]
Bir ay ərzində həm Avstriyada, həm də İngiltərədə baş tutan ISU Qran-Pri yarışlarının qızıl medalına sahib olan Adelina Sotnikova, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı. Çinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında 8 idmançı – Rusiya nümayəndələri Adelina Sotnikova, Yelizaveta Tuxtamışeva və Polina Şelepen, ABŞ nümayəndələri Kristina Qao, Yasmin Sirac və Kristiana Qonq, Yaponiya nümayəndəsi Risa Şoji və Çin nümayəndəsi Li Zijun mübarizə apardı.[8] Qısa proqramda Adelina Sotnikova, 58.28 balla birinci pillənin sahibi oldu.[9] Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 112.54 balla birinci pillənin sahibi oldu.[10] Bununla da Adelina Sotnikova, 170.82 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[8]
Adelina Sotnikova, 2010-cu ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. 2 il əvvəl Rusiya Çempionatının qalibi olan Adelina Sotnikova, bu səfər də qızıl medalın sahibi oldu. O, qısa proqramda 64.80 balla, sərbəst proqramda isə 133.65 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 198.45 balla 16 idmançı sırasında növbəti dəfə Rusiya Çempionatının qızıl medalını qazandı.
2010–2011-ci illər mövsümünün əsas yarışı – 28 fevral-6 mart tarixlərində Cənubi Koreyanın Kannın şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi.[11] Çempionatın əsas favoritləri Rusiya nümayəndələri Adelina Sotnikova və Yelizaveta Tuxtamışeva, habelə Yaponiya nümayəndəsi Risa Şoji hesab olunurdu. Qısa proqramda Adelina Sotnikova, uğurlu mübarizə apardı və 60.52 balla birinci pillənin sahibi oldu.[12] O, uğurlu mübarizəsinin davamını sərbəst proqramda da davam etdirdi və 115.46 balla birinci pillənin sahibi oldu.[13] Bununla da Adelina Sotnikova, ümumi nəticədə 175.98 balla gənclər arasında Dünya Çempionatının qızıl medalını qazandı.[11]
2010–2011-ci illər mövsümü ərzində beş yarışda mübarizə aparan Adelina Sotnikova, onların hamısında qızıl medalın sahibi oldu.
Adelina Sotnikova, 2011–2012-ci illər mövsümündə ISU Qran-Pri yarışının Çin və Rusiya mərhələlərində mübarizə apardı. 2–6 noyabrda baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsi olan "Cup of China" yarışında Adelina Sotnikova, qısa proqramda 54.74 balla, sərbəst proqramda isə 106.22 balla üçüncü pillənin sahibi oldu.[14][15] Ümumi nəticədə isə o, 160.96 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin bürünc medalına sahib oldu.[16]
Daha sonra Adelina Sotnikova, 25–28 noyabr isə ISU Qran-Pri yarışının Rusiya mərhələsi olan "Rostelecom Cup" yarışında mübarizə apardı.[17] Qısa proqramda 58.80 balla, sərbəst proqramda isə 111.96 balla üçüncü pillənini sahibi olan Adelina Sotnikova, ümumi nəticədə 170.76 balla ISU Qran-Pri yarışının Rusiya mərhələsinin bürünc medalını qazandı.[17][18][19]
Noyabr ayı ərzində həm Çin Qran-Prisində, həm də Rusiya Qran-Prisində bürünc medalın sahibi olan Adelina Sotnikova, ISU Qran-Finalına vəsiqə qazana bilmədi. Daha sonra o, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan "Golden Spin of Zagreb" yarışında mübarizə apardı. Qısa proqramda 52.84 bal, sərbəst proqramda isə 111.64 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 164.48 balla 25 idmançı sırasında birinci pillənin sahibi oldu və "Golden Spin of Zagreb" yarışının qızıl medalını qazandı.
Adelina Sotnikova, 2011-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Ötən il baş tutan çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər də qızıl medalın sahibi oldu. O, qısa proqramda 68.66 balla, sərbəst proqramda isə 126.06 balla birinci pillənin sahibi oldu. Bu minvalla da Adelina Sotnikova, ümumi nəticədə 194.72 balla üçüncü dəfə Rusiya Çempionatının qalibi oldu. Gümüş medalı Yuliya Lipnitskaya, bürünc medalı isə Alyona Leonova qazandı.
2012-ci ilin 12–22 yanvarında Avstriyanın ev sahibliyində Yeniyetmələrin I Qış Olimpiya Oyunları baş tutdu.[20] Həmin Olimpiada da mübarizə aparan Adelina Sotnikova, Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva və Yaponiya nümayəndəsi Risa Şoji ilə birgə əsas favoritlərdən biri hesab olunurdu. Qısa proqramda o, 60.44 balla 2-ci pillənin sahibi oldu.[21] Birinci pillənini sahibi isə Yelizaveta Tuxtamışeva (62.84 balla).[21] Sərbəst proqramda isə Adelina Sotnikova, 99.64 balla üçüncü pillənini sahibi oldu.[22] Ümumi nəticədə isə o, 160.08 balla Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[20] Qızıl medalı Yelizaveta Tuxtamışeva, bürünc medalı isə Çin nümayəndəsi Li Zijun qazandı.[20]
Daha sonra Adelina Sotnikova, 27 fevral-4 mart tarixlərində Belarusda baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı.[23] Ötən il baş tutan çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər qısa proqramda 56.58 bal, sərbəst proqramda isə 111.88 bal topladı və ümumi nəticədə 168.46 balla üçüncü pillənin sahibi oldu.[23][24][25] Bu minvalla da Adelina Sotnikova, gənclər arasında Dünya Çempionatının bürünc medalını qazandı.[23] Qızıl medala digər Rusiya nümayəndəsi Yuliya Lipnitskaya, gümüş medala isə ABŞ nümayəndəsi Qresi Qold sahib oldu.[23]
Adelina Sotnikova, 2011–2012-ci illər mövsümündə sonuncu yarışına 18–22 apreldə Yaponiyada baş tutan Komandalararası Dünya Çempionatı çərçivəsində qatıldı.[26] O, qısa proqramda 56.12 bal, sərbəst proqramda isə 114.58 bal topladı və ümumi nəticədə 170.70 balla 12 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[26][27][28] Rusiya yığması isə ümumi nəticədə 38 balla altı yığma sırasında 6-cı pillənin sahibi oldu.[26]
2011–2012-ci illər mövsümü ərzində yeddi yarışda mübarizə aparan Adelina Sotnikova, onların 2-də qızıl medalın, 1-də gümüş medalın, 3-də isə bürünc medalın sahibi oldu.
Adelina Sotnikova, 2012–2013-cü illər mövsümündə birinci yarışına Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelorn Trophy" yarışı çərçivəsində qatıldı.[29] O, qısa proqramda 58.48 balla birinci pillənini sahibi oldu.[30] Amma o, uğurlu mübarizənin davamını sərbəst proqramda davam etdirə bilmədi. Sərbəst proqramda Adelina Sotnikova, 111.76 balla 2-ci pillənin sahibi oldu.[31] Bu minvalla da Adelina Sotnikova, ümumi nəticədə 170.24 balla 2-ci pillənin sahibi oldu və "Nebelorn Trophy" yarışının gümüş medalını qazandı.[29] Qızıl medala isə Kanada nümayəndəsi Ketlin Osmond sahib oldu.[29]
Adelina Sotnikova, 2012–2013-cü illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində mübarizə apardı. Vaşinqton ştatının Kent şəhərində baş tutan ABŞ Qran-Prisinin qısa proqramda o, 58.94 balla 2-ci pillənin sahibi oldu.[32] Sərbəst proqramda isə Adelina Sotnikova, 110.04 balla üçüncü pillənin sahibi oldu.[33] Bununla da o, ümumi nəticədə 168.98 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və ABŞ Qran-Prisinin bürünc medalını qazandı.[34]
Daha sonra o, 8–11 noyabrda Rusiyanın ev sahibliyində baş tutan "Rostelecom Cup" yarışında mübarizə apardı.[35] Qısa proqramda 58.11 bal, sərbəst proqramda isə 100.87 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 158.98 balla 10 idmançı sırasında beşinci pillənin sahibi oldu.[35][36][37]
Mövsüm ərzində ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində uğursuz mübarizə aparan Adelina Sotnikova, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi. O, 2012-ci ildə sonuncu yarışına Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. Qısa proqramda 66.99 balla 2-ci pillənin, sərbəst proqramda isə 124.76 balla 3-cü pillənin sahibi olan Adelina Sotnikova, ümumi nəticədə 191.75 balla Rusiya Çempionatının bürünc medalını qazandı. Qızıl medala Yelizaveta Tuxtamışeva, gümüş medala isə Yelena Radionova sahib oldu.
2013-cü ilin 22–28 yanvarında Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[38] Avropa Çempionatının əsas favoritləri İtaliya nümayəndəsi Karolina Kostner, habelə Rusiya nümayəndələri Adelina Sotnikova və Yelizaveta Tuxtamışeva idi. Qısa proqramda Adelina Sotnikova, uğurlu mübarizə apardı və 67.62 balla birinci pillənin sahibi oldu.[39] 64.20 bal toplayan İtaliya nümayəndəsi Karolina Kostner isə 2-ci pillədə qərarlaşdı.[39] Adelina Sotnikova, qısa proqramda olan uğurlu mübarizəni, sərbəst proqramda davam etdirə bilmədi. O, 126.38 balla üçüncü pillənin sahibi oldu.[40] Bu nəticə onun, ümumi nəticəsinə təsir göstərdi və o, 194.00 balla Avropa Çempionatının gümüş medalına sahib oldu.[38] Qızıl medalı isə 194.72 bal toplayan İtaliya nümayəndəsi Karolina Kostner qazandı.[38]
2012–2013-cü illər mövsümünün əsas yarışı – 10–18 martda Kanadanın London şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[41] Dünya Çempionatlarında debüt edən Adelina Sotnikova, çempionatının favoritlərindən biri hesab olunmurdu. O, qısa proqramda 60.62 balla 8-ci pillənin, sərbəst proqramda isə 116.36 balla 9-cu pillənin sahibi oldu.[42][43] Ümumi nəticədə Adelina Sotnikova, 176.98 balla Dünya Çempionatını 9-cu pillədə başa vurdu.[41] Qızıl medala Cənubi Koreya nümayəndəsi Yuna Kim, gümüş medala İtaliya nümayəndəsi Karolina Kostner, bürünc medala isə Yaponiya nümayəndəsi Mao Asada sahib oldu.[41]
Adelina Sotnikova, 2012–2013-cü illər mövsümündə sonuncu yarışına 11–24 apreldə Yaponiyada baş tutan Komandalararası Dünya Çempionatı çərçivəsində qatıldı.[44] O, qısa proqramda 68.14 bal, sərbəst proqramda isə 115.98 bal topladı və ümumi nəticədə 184.12 balla 12 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[44][45][46] Rusiya yığması isə ümumi nəticədə 38 balla altı yığma sırasında dördüncü pillənin sahibi oldu.[44]
2012–2013-cü illər mövsümü ərzində yeddi yarışda mübarizə aparan Adelina Sotnikova, onların 2-də gümüş medalın, 2-də isə bürünc medalın sahibi oldu.
Adelina Sotnikova, 2013–2014-cü illər mövsümündə birinci yarışına Yaponiyanın Saytama şəhərində baş tutan "Japan Open" yarışı çərçivəsində qatıldı. O, sərbəst proqramda 105.95 balla dördüncü pillənin sahibi oldu. Onun mübarizə apardığı Avropa yığması isə ümumi nəticədə 477.84 balla "Japan Open" yarışının bürünc medalını qazandı.
Adelina Sotnikova, 2013–2014-cü illər mövsümün ISU Qran-Pri yarışının Çin və Fransa mərhələlərində mübarizə apardı. 1–4 noyabrda Çinin ev sahibliyində baş tutan "Cup of China" yarışının qısa proqramında o, 66.04 balla birinci pillənini sahibi oldu.[47] Amma Adelina Sotnikova, uğurlu mübarizəsini sərbəst proqramda apara bilmədi. O, 108.68 balla üçüncü pillənini sahibi oldu.[48] Bununla da Adelina Sotnikova, ümumi nəticədə 174.72 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin bürünc medalına sahib oldu.[49]
Daha sonra o, 15–17 noyabrda Fransanın Paris şəhərində baş tutan "Trophée Éric Bompard" yarışında mübarizə apardı.[50] Adelina Sotnikova, qısa proqramda 60.02 balla üçüncü pillənin sahibi oldu.[51] Sərbəst proqramda isə o, 130.80 balla birinci pillənin sahibi oldu.[52] Bu minvalla da Adelina Sotnikova, ümumi nəticədə 190.82 balla "Trophée Éric Bompard" yarışının gümüş medalını qazandı.[50]
Noyabr ayı ərzində ISU Qran-Pri yarışının Çin və Fransa mərhələlərinin gümüş medalına sahib olan Adelina Sotnikova, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı. Yaponiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında altı idmançı – Yaponiya nümayəndəsi Mao Asada, ABŞ nümayəndəsi Aşle Vaqner, habelə Rusiya nümayəndələri Yuliya Lipnitskaya, Anna Poqorilaya, Adelina Sotnikova və Yelena Radionova mübarizə apardı.[53] Qısa proqramda Adelina Sotnikova, uğurlu mübarizə apardı və o, 68.38 balla 2-ci pillənin sahibi oldu.[54] Amma o, bu uğurlu mübarizəni sərbəst proqramda davam etdirə bilmədi. Adelina Sotnikova, sərbəst proqramda 105.92 balla altıncı pillənin sahibi oldu.[55] Bu nəticə onun, ümumi nəticəsinə ciddi təsir göstərdi və o, ISU Qran-Pri Finalını beşinci pillədə başa vurdu.[53] Qızıl medalı isə Yaponiya nümayəndəsi Mao Asada qazandı.[53]
Adelina Sotnikova, 2013-cü ildə sonuncu yarışına Soçi şəhərində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 72.54 bal, sərbəst proqramda isə 140.24 bal topladı. Bununla da Adelina Sotnikova, ümumi nəticədə 212.78 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu. O, dördüncü dəfə Rusiya Çempionatının qalibi olmağla, İrina Slutskayanın uğurunu təkrarladı.
Soçi Olimpiadasından əvvəl Adelina Sotnikova, 12–20 yanvarda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[56] Həmin Avropa Çempionatında Rusiyanı üç nəfər – Adelina Sotnikova, Alyona Leonova və Yuliya Lipnitskaya təmsil etdi.[56] Üç nəfərdən sadəcə 2 nəfər, Soçi Olimpiadasında mübarizə aparacağı üçün, Avropa Çempionatında göstərilən nəticə önəmli idi. Qısa proqram Adelina Sotnikova, 70.74 balla birinci pillənin sahibi oldu.[57] Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə, 140.74 balla Yuliya Lipnitskaya 1-ci pillənin, 131.64 balla Adelina Sotnikova isə 2-ci pillənin sahibi oldu.[58] Ümumi nəticədə Adelina Sotnikova, 202.38 balla Avropa Çempionatının gümüş medalına sahib oldu.[56] Qızıl medalı Yuliya Lipnitskaya, bürünc medalı isə İtaliya nümayəndəsi Karolina Kostner qazandı. Rusiya yığmasının digər nümayəndəsi Alyona Leonova isə dördüncü pillədə qərarlaşdı.[56]
2014-cü ilin 6–24 fevralında Rusiyanın Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu. Mövsüm ərzində Rusiya Çempionatının qızıl, Avropa Çempionatının isə gümüş medalına sahib olan Adelina Sotnikova, Soçi Olimpiadasında mübarizə aparacaq Rusiya yığmasının heyətinə cəlb edildi. Komandaların yarışı 6–8 fevralda, fərdi idmançıların yarışı isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Aysberq" Buz İdman Sarayında baş tutdu. Komandaların yarışında, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (RFKF) tərəfindən bir proqramda Adelina Sotnikovanın, bir proqramda isə Yuliya Lipnitskayanın mübarizə aparacağı bildirilsədə, sonradan qərar dəyişdirildi və hər 2 proqramda Yuliya Lipnitskaya mübarizə apardı. Nəticədə Rusiya yığması Soçi Olimpiadasının qızıl medalına sahib oldu.
Fevralın 18-də Soçi şəhərinin "Aysberq" Buz İdman Sarayında XXII Qış Olimpiya Oyunlarının qısa proqramı baş tutdu.[59] 20 yığmanın 30 idmançısının mübarizə apardığı qısa proqramda Adelina Sotnikova, buzüstünə 28-ci sırada çıxdı.[59] Adelina Sotnikova, çıxışını səhvsiz təqdim etdi və 74.64 balla 2-ci pillənin sahibi oldu.[59] Birinci pillənin sahibi, 74.92 balla Cənubi Koreya nümayəndəsi Yuna Kim oldu.[59] 2 gün sonra baş tutan sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[60] Sərbəst proqramda 24 idmançı mübarizə apardı və Adelina Sotnikova buzüstünə 22-ci sırada çıxdı.[60] Kompozisiyasını ideal təqdim edəndən sonra Adelina Sotnikova, Soçi Olimpiadasının qalibi olacağı təxmin edilirdi. Adelina Sotnikovanın sərbəst proqramda olan çıxışı 150.96 balla qiymətləndirildi və o, birinci pillədə qərarlaşdı.[60] Onun, qızıl medal uğrunda əsas rəqibi – Cənubi Koreya nümayəndəsi Yuna Kim idi. Karyerası ərzində sonuncu dəfə buzüstünə çıxan Yuna Kim, Soçi şəhərinin "Aysberq" Buz İdman Sarayında alqışlarla qarşılandı. Kompozisiyasını ideal təqdim edən Yuna Kimin çıxışı, 145.20 balla qiymətləndirildi.[60] Ümumi nəticədə isə Yuna Kim, 220.12 balla 2014-cü il XXII Qış Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[61] Qızıl medala isə 225.60 balla Rusiya nümayəndəsi Adelina Sotnikova sahib oldu.[61] Adelina Sotnikova, bu idman növü üzrə Olimpiya Oyunlarının qızıl medalına sahib olan birinci Rusiyalı qadın idmançı oldu. O, Soçi Olimpiadasına qədər nə ISU Qran-Pri Finalında, nə də Dünya Çempionatında uğura imza atmışdı. Bununla da Adelina Sotnikova, bu idman növü üzrə Dünya Çempionatının medalına sahib olmadan, Olimpiadanın qalibi olan birinci idmançı oldu.
17 yaşında Olimpiadanın qalibi olmağı bacaran Adelina Sotnikova, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 24 fevral 2014-cü il tarixli 100 nömrəli Sərəncamı ilə Rusiya Federasiyasının Soçi şəhərində baş tutan XXII Qış Olimpiya Oyunlarında qazandığı idman uğurlarına görə "Dostluq" ordeni təltif edildi.
Adelina Sotnikova, 2013–2014-cü illər mövsümün qatıldığı yeddi yarışın 2-də qızıl medala, 3-də gümüş medala, birində isə bürünc medala sahib oldu.
Adelina Sotnikova, 2014–2015-ci illər mövsümündə ISU Qran-Pri yarışının Rusiya və Yaponiya mərhələlərində mübarizə aparmalı idi. Amma o, ayağından zədələndiyi üçün Rusiya və Yaponiya Qran-Prilərində mübarizə apara bilmədi. Daha sonra o, Rusiya Çempionatında da mübarizə aparmağdan imtina etdi.
Adelina Sotnikova, 2015–2016-cı illər mövsümündə birinci yarışına Yaponiyanın Saytama şəhərində baş tutan "Japan Open" yarışı çərçivəsində qatıldı. O, sərbəst proqramda 118.82 balla dördüncü pillənin sahibi oldu. Onun mübarizə apardığı Avropa yığması isə ümumi nəticədə 528.90 balla "Japan Open" yarışının bürünc medalını qazandı.
Daha sonra o, "Mordovian Ornament" yarışında mübarizə apardı. Qısa proqramda 76.58 bal, sərbəst proqramda isə 128.32 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 204.90 balla "Mordovian Ornament" yarışının gümüş medalına sahib oldu. Qızıl medalı Anna Poqorilaya, bürünc medalı isə Mariya Artemyeva qazandı.
Adelina Sotnikova, 20–22 noyabrda Rusiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsi olan "Rostelecom Cup" yarışında mübarizə apardı.[62] Qısa proqramda 65.48 bal, sərbəst proqramda isə 120.64 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 186.12 balla "Rostelecom Cup" yarışının bürünc medalına sahib oldu.[63][64]
Mövsüm ərzində sadəcə bir dəfə ISU Qran-Pri yarışında mübarizə aparan Adelina Sotnikova, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi. Daha sonra o, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan "Golden Spin of Zagreb" yarışında mübarizə apardı. Qısa proqramda 54.44 bal, sərbəst proqramda isə 106.38 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 160.82 balla 16 idmançı sırasında altıncı pillənini sahibi oldu.
Adelina Sotnikova, 2015-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 70.48 bal, sərbəst proqramda isə 128.52 bal topladı. Bu minvalla da Adelina Sotnikova, 199.00 balla Rusiya Çempionatını 18 idmançı sırasında altıncı pillədə başa vurdu.
Adelina Sotnikova, 2016–2017-ci illər mövsümündə ISU Qran-Pri yarışında mübarizə aparmağdan imtina etdi. O, Rusiya Çempionatı, habelə Avropa və Dünya Çempionatlarında da mübarizə aparmayacağını bildirdi.
2017-ci ilin aprel ayında Adelina Sotnikova, uzun illər məşqçisi olduğu Yelena Buyanovadan ayrıldı və Yevgeni Plyuşenkonun rəhbərliyi altında məşq etməyə başladı.
Adelina Sotnikova, 2017–2018-ci illər mövsümündə də ISU Qran-Pri yarışlarında mübarizə aparmağdan imtina etdi.
Adelina Sotnikova, 2020-ci il martın 2-də "Россия-1" TV-də "İnsan taleyi – Boris Korçevnikovla" verilişində idmandan getdiyini açıqladı.
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
|
Karyerası ərzində 8 mövsümdə mübarizə aparan Adelina Sotnikova, 11 qızıl, 7 gümüş və 8 bürünc medala sahib olub.
30.01.2008 02.02.2008 |
Gənclərin Rusiya Çempionatı | Rostov-na-Donu | |||||||
24.12.2008 28.12.2008 |
Rusiya Çempionatı | Kazan | |||||||
28.01.2009 30.01.2009 |
Gənclərin Rusiya Çempionatı | Saransk | |||||||
22.12.2009 28.12.2009 |
Rusiya Çempionatı | St. Peterburq | |||||||
02.02.2010 06.02.2010 |
Gənclərin Rusiya Çempionatı | Saransk | |||||||
15.09.2010 20.09.2010 |
Gənclərin ISU Avstriya Qran-Prisi | Qrats | |||||||
30.09.2010 01.10.2010 |
Gənclərin ISU İngiltərə Qran-Prisi | Şeffild | |||||||
08.12.2010 12.12.2010 |
Gənclərin ISU Qran-Pri Finalı | Pekin | |||||||
26.12.2010 30.12.2010 |
Rusiya Çempionatı | Saransk | |||||||
01.03.2011 05.03.2011 |
Gənclərin Dünya Çempionatı | Kannın | |||||||
02.11.2011 06.11.2011 |
ISU Çin Qran-Prisi | Şanxay | |||||||
25.11.2011 28.11.2011 |
ISU Rusiya Qran-Prisi | Moskva | |||||||
08.12.2011 12.12.2011 |
"Golden Spin of Zagreb" | Zaqreb | |||||||
25.12.2011 30.12.2011 |
Rusiya Çempionatı | Saransk | |||||||
12.01.2012 22.02.2012 |
Yeniyetmələrin Olimpiya Oyunları | İnsbruk | |||||||
02.03.2012 04.03.2012 |
Gənclərin Dünya Çempionatı | Minsk | |||||||
18.04.2012 22.04.2012 |
Komandalararası Dünya Çempionatı | Tokio | |||||||
26.09.2012 30.09.2012 |
"Nebelorn Trophy" | Oberstdorf | |||||||
18.10.2012 22.10.2012 |
ISU ABŞ Qran-Prisi | Kent | |||||||
08.11.2012 11.11.2012 |
ISU Rusiya Qran-Prisi | Moskva | |||||||
25.12.2012 28.12.2012 |
Rusiya Çempionatı | Soçi | |||||||
22.01.2013 28.01.2013 |
Avropa Çempionatı | Zaqreb | |||||||
10.03.2013 18.03.2013 |
Dünya Çempionatı | London | |||||||
10.04.2013 14.04.2013 |
Komandalararası Dünya Çempionatı | Tokio | |||||||
05.10.2013 08.10.2013 |
"Japan Open" | Saytama | |||||||
01.11.2013 02.11.2013 |
ISU Çin Qran-Prisi | Pekin | |||||||
15.11.2013 18.11.2013 |
ISU Fransa Qran-Prisi | Paris | |||||||
05.12.2013 08.12.2013 |
ISU Qran-Pri Finalı | Tokio | |||||||
24.12.2013 26.12.2013 |
Rusiya Çempionatı | Soçi | |||||||
15.01.2014 20.01.2014 |
Avropa Çempionatı | Budapeşt | |||||||
18.02.2014 20.02.2014 |
Olimpiya Oyunları | Soçi | |||||||
02.10.2015 04.10.2015 |
"Japan Open" | Saytama | |||||||
15.10.2015 18.10.2015 |
"Mordovian Ornament" | Saransk | |||||||
20.11.2015 22.11.2015 |
ISU Rusiya Qran-Prisi | Moskva | |||||||
02.12.2015 05.12.2015 |
"Golden Spin of Zagreb" | Zaqreb | |||||||
24.12.2015 28.12.2015 |
Rusiya Çempionatı | Yekaterinburq |