Adi boyaqotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi boyaqotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü.
Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır.
Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir.
Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir. Çiçək köbəsində olan yarpaqları 4-6 ədəd, neştərşəkilli, ellipsvari və ya yumurtavari olub, əsasından daralmış qısa, saplaqlı, kənarları boyunca damarlı və tikanlıdır. Çiçəkləri kiçik, yaşılımtıl-sarı, 5 dişcikli, çiçək tacı düzgün, yarpaqla örtülmüş çoxlu çiçəkləri süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi şirəli, bir və ya ikitoxumlu, qara rəngli olub, soku qırmızı rənglidir. İyun-iyul aylarında çiçəkləyir, avqust-oktyabr aylarında meyvələri yetişir. Gürcü boyaqotunda boyayıcı maddələrın miqdarı nisbətən azdır. Cavan gövdə üzərindəki yarpaqları oturaq, yaşlı yarpaqları isə saplaqlı olur. Yarpaqlarının aşağı hissələri bozumtul tükcüklü, damarlı, kənarları isə qarmaqşəkilli dişciklidir.
Çay sahillərində, kanalların kənarlarında, rütublətli sahillərdə və kolluqlarda bitir.
Toplanılan xammal erkən yazda (mart-aprel) və ya vegetasiyanın sonunda (avqust ayından şaxta düşənə qədər) əllə 20-30 sm dərinlikdə olan kökümsov və kökləri toplanılır. Bütün bu xammalların ən üstünü kökümsovları hesab edilir. Mədəni halda əkilən zaman üçillik kökümsovlarından istifadə edilir. Toplanılan xammalı torpaqdan çıxararaq hissəcilərə bölmək, nazik qatlarla yaxşı havası dəyişilən yerlərdə qurudulmalıdır. Quruducu şkafda 45°С-ə qədər temperaturda qurudulmalıdır. Xammal qurutma zamanı tez-tez çevrilməlidir.
Əkilən plantasiyalarda xammal 2-3 ildən bir toplanılır. Üzümlüklərdə və bağlarda alaqotu bitən yerlərdə hər il toplamaq mümkündür. Spesifik zəif iyli, şirin dadlı olmaqla, azacıq acı və büzücüdür. İşıqdan qorunmaqla, quru havası dəyişilən yerlərdə saxlanılır. Quru halda yaxşı havalanan, qaranlıq və işıqdan qorunan yerlərdə saxlamaq lazımdır. Saxlanılma müddəti 3 ildir.
Boyaqotunun kökümsov və köklərində 5-6% antrasen qrupu törəmələri alizarin, əsas olaraq 2-ksiloqlükozid-rubetitrin turşusundan ibarətdir. Bundan başqa tərkibində flavonoidlər, iridoid və üzvi turşular vardır.
Boyaqotunun quru ekstraktı və həbi (0,25q) istifadə edilir. Spazmolotik, urolitik və diuretik dərmandır. Konbinəedilməş preparat «Marelin» və «Sistenal» adlı tinkturası hazırlanır.
Spazmolotik, urolitik (böyrək və sidik yollarının kiçik daşlarının salınmasında təyin edilir) və diuretik dərmandır.
Boyaqotu sidik turşusu konkrimentlərini tədricən kövrəkləşdirərək xırdalanmasına kömək edir. Bu prosesin getməsinə əsasən ruberitrin turşusu təsir edərək, sidikdə olan fosfor, kalsium və maqnezium duzlarını kövrəkləşdirərək onların parçalanmasını kömək edir. Əsasən bitkinin tərkibindəki boyayıcı maddələr daş və duzların üzərinə çökərək onları kövrəkləşdirir və xırdalayırlar. Bundan başqa bakterisid təsir edərək, kokk florasını məhv edir, əzələ tonusunu azaldır, əksinə eninəzolaqlı əzələlərin tonusunu artırır, böyrək və sidik yollarında olan daş, qum və konkrimentlərin çıxarılmasına kömək edir.
Boyaqotunun quru, həbi 0,25q. Spazmalotik, urolitik və diuretik dərmandır.
Boyaqotunun kombinəedilmiş ekstraktı "Marelin", cövhəri isə "Sistenal"dır.
Böyrəkdaşı xəstəliyində kiçik konkrimentlərin, xüsusən fosfor, kalsium və maqnezium duzlarınının əridilməsində, çıxarılmasında və spazmın götürülməsində istifadə edilir. Qlomerulonefrit, böyrək çatmamazlığı və mədə xorasında bu dərman bitkisi əks göstərişdir.
Yarpaqları çiçək köbəsində 4-6 ədəd (yalnız yuxarıdakılar 2 ədəd) olmaqla, qarşıqarşıya düzülmüşdür, bir yarım-iki dəfə buğumarasından qısadır, neştərtvari və ya ellipsşəkilli-neştərtvari, bəzən ensiz-neştərvaridir, sivridir, təpə hissədə bəzən uzunsov sivri sonluğa dartılmış haldadır, pazşəkilli qaidəsi vardır, adətən uzunluğu yarpaq ayasından (4) 5-7 dəfə qısa olan saplaqdan kəskin ayrılmışdır. Ən iri yarpaqlar (uzunluğu 5,5-8 (9) sm, eni 2-2,7 sm) gövdənin orta hissəsində yerləşmişdir.
Çiçəkləri qoltuq və təpə hissədə, azçiçəkli, bir-iki dəfə 3 hissəyə-bölünmüş yarımçətirdə yerləşib, gövdə və budaqların sonunda seyrək, uzunsov, yuxarı hissədə demək olar ki, yarpaqlanmamış süpürgədə toplanmış; yarımçətirlərin ümimi çiçək saplağı buğumlarda qarşı qarşıya yerləşmişdir. Tac sarı rəngli, qısa qıfşəkilli olub, xırdadır, neştərvari və ya yumurtaşəkilli-neştərvari beş dilimi vardır.
İyul-avqust aylarında meyvə verir. Meyvələri lətlidir, quru halda qara rəngdədir, biryuvalı, nadir hallarda ikiyuvalıdır.
Kolluqlarda, çayların sahilində rast gəlinir.
Əvvəllər bu növ Qafqazda qırmızı boya mənbəyi kimi xalçaçılıqda istifadə olunurdu.