Adi qarağat | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi qarağat |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır.
Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır. Çiçəkyatağı zınqırov və silindr formalıdır. Ləçəkləri xaricdən tüklü, yaşılımtıl və ya qırmızımtıldır. Çiçəkləri 1-3 ədəd salxımlara yığılmışdır. Kasayarpaqları və çiçək tacının ləçəkləri 5 ədəd, erkəkcikləri 5, dişiciyi 2 bitişik meyvəyarpaqlı və aşağı yumurtalıqlıdır. May-iyun aylarında çiçəkləyir. Nadir hallarda tək çiçəklidir. Giləmeyvələri tüklü və ya çılpaq, pazvari, şar və ya enli ellips formalı olub, müxtəlif rəngdə - yaşılımtıl, sarı və ya tünd qırmızıdır, iyul-avqust aylarında yetişir.
Nəmişli, kölgəli meşələrdə bitir.
Naxçıvan MR-da, Talış və Kəlbəcərdə qayalıq yerlərdə yayılmışdır.
Adi qarağat park və bağlarda canlı çəpərlər və bordyurların salınmasında, eləcə də qrup halında və tək-tək əkilmək üçün istifadə edilir. Giləmeyvələrində 5-8 % şəkər, üzvi turşular – limon, alma turşuları, pektin maddələr, azotlu birləşmələr (0,65%), boyayıcı maddə, mineral duzlar və vitaminlər (C-50mq%, A-0,1mq%) vardır. Azərbaycanda meşəlik və dağətəyi rayonlarda mədəni şəraitdə becərilə bilər.