Adi quşqonmaz | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi quşqonmaz |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi quşqonmaz (lat. Filipendula vulgaris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü.
Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür.
Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir.
Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür. İyun-avqust aylarında meyvə verir.
Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda.Ovalıqdan yuxarı dağ qurşağına qədər.
Çəmənliklərdə, kolluqlarda,otlu yamaclarda rast gəlinir.
Kökləri yeməlidir.