Adi toppuztikan

Adi toppuztikan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi toppuztikan (lat. Echinops ritro) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Toppuztikan kökümsovulu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Gövdəsinin yuxarı hissəsi budaqlanan, ağımtıl hörümçək toruna bənzəyən naxışlıdır. Yarpaqları növbəli, yuxarı hissəsi yaşıl, enli-neştərşəkilli, dərin lələkvari-bölümlü, uzunluğu 25 sm, eni isə 6 sm-ə qədər kənarları tikanlı və tikanlı-dişcikli, aşağı yarpaqları saplaqlı olub, əsası oturaqdır. Şarabənzər başcıqlı növünün yarpaqları hər tərəfdən kələ-kötür, nahamar, metalabənzər tükcüklü olub, yapışqanlıdır. Təkçiçəkli səbətciyi sıx, şarabənzər başcıqlı, 4-6 sm diametrində olub, gövdənin və budaqcıqların təpəsində yerləşir. Səbətciyi çoxcərgəli, üç formalı yarpaqcıqlı: xarici yarpaqcıqları qılaoxşar, ölçüsü daxildəkindən bir neçə dəfə qısa, orta yarpaqcıqları yarpağabənzər, demək olar ki, xarici yarpaqcıqlarla bərabər, daxili yarpaqcıqları isə neştərvari, tacın uzun borucuğuna bərabər olur. Adi toppuztikanın daxili yarpaqcıqları göyümtül, şarabənzər başcıqlı digər yarpaqları isə açıq-mavidir. Bütün çiçəkləri boruşəkilli, kasacığı kəkilli adi toppuztikanın tacı isə göyümtül, şarabənzər başcıqlı növündə isə ağdır. Meyvələri tükcüklü, silindrik toxumlu olub, 7-9 mm, eni isə 2 mm olmaqla, kasavari kəkildən ibarətdir. İyun-avqustda çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.

Müxtəlifotluq çöllərdə, çınqıllı, dağlıq, yamac və dağın döş ərazilərində yaşayır. Dərman məqsədilə böyük olmayan meydançalarda əkilir və əsasən ikiillik bitkilərdən istifadə edilir.

Çiçəkləri və yetişmiş meyvələrini payızın sonunda təkbarmaqlı əlcəklə toplamaq lazımdır. Xammalın yetişməyən meyvələri 10%-dən çox olur.

Xammal havası dəyişilən yerlərdə brezent üzərində sərilərək və ya 60-80ºС-də quruducu şkafda qurudulmalıdır.

Tərkibi və təsiri

[redaktə | vikimətni redaktə et]

Meyvələrinin tərkibində 1-2% xinolin alkaloidləri başlıca olaraq exinopsin olur. Xammalda exinopsinin miqdarı 1%-dir. Alkaloidlərdən başqa 26-28% efir yağı olur. Analeptik (ümumitonuslandırıcı) dərmanlar. Exinopsindən strixinin alınır. Exinopsin onurğa beyninin reflektor fəaliyyətini artırır, skelet əzələlərini tonuslandırır. Az zəhərli olduğundan geniş terapevtik müalicəvi effektə malikdir.

Xammaldan «Exinopsin nitrat» alınır ki, bu dərmandan da “Strixinin nitrat”da olduğu kimi sinir sistemi impulslarını tonuslandırıcı kimi istifadə edilir. Exinopsin mərkəzi sinir sisteminin mərkəzi və periferik şöbələrinin zədələnmələrində - üz sinirinin parezində, pleksit, miopatiya, astenik vəziyyətlərdə olan damar distoniyasında və göz sinirinin hipotoniya və atrofiyasında istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]

Yarımnövləri

[redaktə | vikimətni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 815.