Adi yumaqotu

Adi yumaqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Аdi yumаqоtu (lat. Carlina vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

İkiillik, hündürlüyü 30-50 sm, gövdəsi düz, sadə yuxarı hissədə qalxanvari budaqlı olan, hörmüçəktorlu, lifli bitkidir. Yarpaqları cod, lansetvari və ya ensiz lansetvaridir, aşağıdakı yarpaqları daha uzun və ensiz, sonrakılar – oturaq, yuxarıdakılar — başcıq kimi sıxılmışdır. Səbətciklərinin eni 2-3 sm, tək-tək və ya 3-5 sayda olmaqla birlikdə yerləşmişdir. Sarğıların xarici yarpaqcıları tikanlı, dişlidir. Çiçəkləri sarı və ya açıq sarı, ucları al qırmızıdır. Toxumcaları 2-4 mm uzunluqda, mixəyi, tüklənmişdir; kəkili toxumcadan 2-3 dəfə uzundur.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ, nadir hallarda subalp qurşağında yayılmışdır. Meşə talalarında, yol və meşə kanarlarında, nadir hallarda dağ çəmənlərində bitir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1231.