Adi ziyilotu

Adi ziyilotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ. Aşağı və orta dağ qurşağında subalpa qədər.

Yaşayışı mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, dağ çəmənlərində və bəzən bağlarda alaq kimi rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lalda communis (L.) Bubani

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 811.