Adice çayı | |
---|---|
Adige | |
Ölkə | |
Mənsəbi | Adriatik dənizi |
Uzunluğu |
|
Su sərfi | 266 m³/s |
Hövzəsinin sahəsi | 14.700 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Adice (it. Adige; alm. Etsch; ven. Àdexe; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis[1])) — İtaliyanın şimalında çay.
Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür.[2]
Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir. Birinci Dünya müharibəsində də bu bölgədə İtaliya ilə Avstriya-Macarıstan qoşunları arasında çətin döyüşlər olmuşdur.[mənbə göstərin]
Mənsəbindən 350 kilometr məsafədə gəmiçiliyə yararlıdır. İri SES-lər var. Trento, Verona şəhərləri Adice çayınin sahilindədir.[2]