Aditya Çopra | |
---|---|
hind. आदित्य चोपड़ा | |
Doğum tarixi | |
Doğum yeri | Hindistan |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Atası | Yaş Çopra |
Fəaliyyəti | Rejissor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1988-ci ildən |
IMDb | ID0159147 |
Vikianbarda əlaqəli mediafayllar |
Aditya Çopra (ing. Aditya Chopra; 21 may 1971, Bombey) — Hindistan kinorejissoru, ssenarist və prodüseri.
Aditya Çopra 21 may 1971-ci ildə məşhur kino xadimi Yaş Çopra və Pamela Çopranın ailəsində anadan olmuşdur. Uşaqlıq dövründə Aditya həddindən artıq utancaq olmuşdur. O zaman onun əsas maraqları müxtəlif filmlərə baxmaq və bəzən də hekayələr yazmaq idi. Aditya Bombey Şotland Məktəbini bitirmişdir. Bundan sonra o, bütün uşaqlığı boyu Karan Cohar və Uday Çopra ilə bir yerdə böyümüşdür.
Aditya Çopra kino yaradıcılığına 18 yaşından başlayaraq daha çox atasının filmlərində rejissor assistenti kimi çalışmışdır. 24 yaşından isə Aditya artıq müstəqil olaraq rejissor və ssenarist kimi fəaliyyət göstərməyə başlayır.
Şəxsi həyatına gəldikdə isə Aditya Çopra məktəb yoldaşı 2001-ci ildə Payal Xanna ilə ailə həyatı qurmuşdur. Onlar vaxtilə Bombey Şotland Məktəbində bir yerdə oxumuşdular. Payal Xanna isə öz təhsilini Londonda davam etdirmişdir. Payal sonradan "Yash Raj Studios"da dizayner kimi, eyni zamanda bəzi filmlərdə prodüser kimi fəaliyyət göstərmişdir. Cütlük 2009-cu ildə rəsmən boşanmışdır[1].
Aditya Çopranın 2008-ci ildə çəkdiyi "Bu cütlüyü Tanrı yaradıb" filmi nəinki Hindistanda, eləcə də dünyanın bir çox ölkələrində özünə şöhrət qazanmışdır. Baş rolda Bollivud şahzadəsi Şahrux Xanın çəkilməsi isə bu ekran əsərinə ikiqat uğur gətirmişdir.