Adolf Lu Hitler Marak | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1950-ci illər |
Fəaliyyəti | siyasətçi |
Adolf Lu Hitler Ranqsa Marak (ing. Adolf Lu Hitler Rangsa Marak; 1950-ci illər) — Hindistan siyasətçisi. Milliyətçi Konqres Partiyasının siyasətçisi olan Hitler Marak Meqhalaya hökumətində 2003-cü ilə qədər ətraf mühit və daha sonra əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.
Mübahisəli adı ilə bağlı Hitler Marak "Hindustan Times"a demişdir: "Bəlkə valideynlərim bu adı bəyəndilər və buna görə də məni Hitler adlandırdılar ... Adımdan razıyam, baxmayaraq ki, məndə diktatura meylləri yoxdur". 2013-cü ilin fevralında beynəlxalq mediada Marakın Frankenştayn Momin və Billikid Sanqma kimi bəzi qəribə adlı namizədlərə qarşı yenidən Meqhalaya ştat məclisi üçün namizəd olacağı geniş yayılmışdı.[1][2]