M-346 | |
---|---|
Tipi | Təlim-hücum təyyarəsi |
İstehsalçı | Leonardo |
İlk uçuş | 15 iyul 2004-cü il |
İstismara verilmə tarixi | 2015-ci il |
Status | İstismarı davam edir |
İstismarçılar |
İtaliya Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri İsrail Hərbi Hava Qüvvələri |
İstehsal ili | 2004 – davam edir |
Vahidinin qiyməti | 20 milyon ABŞ dolları[1] |
Baza modeli | Yakovlev Yak-130 |
Vikianbarda əlaqəli mediafayllar |
Alenia Aermacchi M-346 Master İtaliyanın Leonardo şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlamışdır. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilmişdir. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti olmuşdur.[2]