Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həm də Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər
Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur.[1]
Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır.[2]
Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir[3]
Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar.
Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi.[4]
Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporunın ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir.
Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Afrika etikası insanları xarakterlərinə görə dəyərləndirmir.Hər bir insanın dəyişə biləcəyini bildirir.Bundan başqa insanın fərdi yox kollektiv şəkildə sosial rifaha çatcağına inanır.İnsanın rifaha davamlı öz üzərində işləməklə qovuşacağı bildirilir.[5][6]
Milliyyətçi fəlsəfə filosofların yox afrikalı lider və ideoloqların fəlsəfəsinə əsaslanır.Elmi olaraq ikisi arasında sərhəd tam müəyyən edilmədiyindən Afrika fəlsəfəsinə aid edilir.Nəticə hər ikisi önəmli insanlar tərəfindən atılmış fikirlərdir və Afrikanın inkişafına bir-başa təsir edən amillərdir.Bu ideologiyalara misal olaraq: Afrika sosializmi , Nkrumaism , Harambee və Authenticite aiddir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |