Afrikaansca Vikipediya | |
---|---|
URL | af.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | Afrikaans |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | 16 noyabr 2001 |
Məqalələrin sayı | 120.798 (69-cu yer) |
Faylların sayı | 9.735 |
Səhifələrin sayı | 400.663 |
Redaktələrin sayı | 2.719.792 |
İstifadəçilərin sayı | 183.076 |
Aktiv istifadəçilərin sayı | 169 |
İnzibatçıların sayı | 14 |
Dərinlik | 36,4 |
Vikianbarda əlaqəli mediafayllar |
Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu.[1] 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi Afrika və Namibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali Amerika və Okeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir.
Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: CAR (64.0%) ABŞ (5.5%) Almaniya (4.1%) Digər (26.4%)
Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.[2]
Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur.[3] Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaansca və niderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.