Afrikalı Konstantin

Afrikalı Konstantin
Doğum tarixi XI əsr[1]
Vəfat tarixi 1087[2][3][…]
Vəfat yeri
Fəaliyyəti həkim, tərcüməçi, yazıçı, rahib
Əsərlərinin dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afrikalı Konstantin (lat. Constantinus Africanus; XI əsr[1]1087[2][3][…], Montekassino[d], Kassino[d][4][5]) - 11. əsrdə yaşamış, tibb sahəsi üzrə ərəbyunan dilində yazılan mətinləri tərcümə edən şəxs.

Konstantinin doğum tarixi bilinməsə də, tarixi sənədlərə görə Karfagendə dünyaya göz açdığı deyilir.[6] O dövrdə müsəlman ərəblərin idarəsində olan Karfagenin yerli əhalisindən idi. Latın dilini çox yaxşı bilməsi ona tibb sahəsində ərsəyə gətirilmiş ərəb dilindəki əsərləri latın dilinə tərcümə etməyə imkan verdi. 1065-ci ildə Salerno baş yepiskopu I Alforno tərəfindən Salernitana tibb məktəbinə müxtəlif, ərəbcə əl yazmaları tərcümə etmək üçün dəvət edildi. Araşdırmaçılara görə onun tərcümələri yunan tibbinin Qərbi Avropaya tanıdılmasına kömək etdi. Konstantin, həmçinin, kitabı Viaticumda səyahət edənlər və səyyahlar üçün o dövrdəki məşhur ərəbcə bələdçiləri yerləşdirdi.

Konstantin Suriya, Hindistan, Misir, Efiyopiya və İran səyahətləri müddətincə yunanca, ərəbcə, latınca və birçox Şərq dilini öyrənmişdi. Konstantin Avropanın təşkil edilmiş ilk tibb məktəbi olan Salerno Unveristetində təhsil aldı. Daha sonra 529-cu ildə St.Benedict tərəfindən qurulan Benevento hersoqluğunda yerləşən bir manastır olan Monte Kassinoya daxil oldu və 1087-ci ildə orada vəfat etdi.[7][8]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

Onun ilk tərcüməsi 10. əsrdə yaşamış iranlı fizik Ali bin Abbas tərəfindən 1087-ci ildə yazılan Kitab el-Malikinin latın dilinə olan Tibb İncəsənətinin Tam Kitabı adlı tərcüməsiydi. Bu kitab tibb sahəsində ərəb dilində yazılmış zəngin əsərlərdən biri idi. Bu kitab daha sonra Panteqni olaraq Qərbdə tanınmağa başladı. Bu tərcümənin 128 xüsusi əl yazmanın toplandığı bir kitab olması Qərbdəki tələbələr üçün bu mənbənin əhəmiyyətini artırırdı. Kitab qısa bir zamandan sonra tələbələrin tibb tədris proqramına daxil oldu.

  1. 1 2 autori vari COSTANTINO Africano // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1931.
  2. 1 2 Swartz A. Constantine the African // Open Library (ing.). 2007.
  3. 1 2 Constantinus Africanus // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Constantine the African // Encyclopædia Britannica (ing.).
  5. 1 2 Encyclopaedia of Islam. Leyden: Brill.
  6. Francis Newton, “Constantine the African and Monte Cassino: New Elements and the Text of the Isagoge,” in Constantine the African and ‘Ali ibn al-’Abbas al-Magusi: The 'Pantegni' and Related Texts, ed. Charles Burnett and Danielle Jacquart (Leiden: E. J. Brill, 1994), 16-47, pp. 20–23.
  7. Constantine Africanus". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913. http://www.newadvent.org/cathen/04295b.htm Arxivləşdirilib 2009-10-30 at the Wayback Machine.
  8. Vera von Falkenhausen, "Costantino Africano," Dizionario Biografico degli Italiani, vol. 30 (1984), http://www.treccani.it/enciclopedia/costantino-africano_%28Dizionario-Biografico%29/ Arxivləşdirilib 2022-08-04 at the Wayback Machine, accessed 14 Feb. 2014; Danielle Jacquart, "Constantinus Africanus," Encyclopaedia of Islam, THREE. Edited by: Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson. Brill, 2012.