Ageratum | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Ageratum |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ageratum (lat. Ageratum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
"A" latınca "inkar", "geras" isə "köhnə" deməkdir. Bitkinin gülləri quruduqda rəngi dəyişmədiyinə görə ona bu ad verilmişdir. Mərkəzi Amerikada bu birillik və çoxillik bitkinin 27 yabanı növü təbii halda bitir. Yaşıllaşdırmada əsasən (Meksika) aqeratumu-A.houstonianum növü geniş yayılmışdır. Çoxsaylı, düzqalxan zoğların hündürlüyü 10-40 sm-ə çatır. Yarpaqları qarşı-qarşıya düzülmüş, uzun saplaqlı, ürəkşəkilli olub, kənarları dişlidir. Boruşəkilli çiçiəkləri mavi, çəhrayı, ağ rənglidir. Hamaş çiçəklərinin formasına, rənginə və çiçəkləmə müddətinə görə bir-birindən fərqli çoxsaylı formaları vardır. Houston ageratumundan əlavə yaşıllaşdırmada əksər hallarda hamaşçiçəkləri xırda olan konusşəkilli ageratumdan da istifadə olunur. Ageratumu toxum vasitəsilə becərirlər. Toxumlardan becərilmiş cücərtiləri apreldə sahələrə və ya dibçəklərə köçürürlər. Bitkinin qollu-budaqlı olması üçün təpə tumurcuğu qoparılır. Yaşıllaşdırma zamanı əsasən qırmızı, çəhrayı ya da sarı rəngli çiçəkləri olan bitkilərin ətrafında ageratum haşiyə formasında əkilir.