Akiyama Saneyuki | |
---|---|
yap. 秋山真之 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 1918 (49 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | peritonit |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya imperiyası |
Qoşun növü | Yaponiya İmperiya donanması |
Rütbəsi | vitse-admiral |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Akiyama Saneyuki (秋山 真之?, 12 aprel 1868, Matsuyama – 4 fevral 1918, Odavara[d], Kanaqava prefekturası) – Yaponiya hərbi xadimi, Yaponiya İmperiya donanmasının zabiti. Yaponiyada müasir donanma doktrinasının memarıdır.[1] O, 1900-cü illərdə Yaponiyada bacarıqlı dəniz döyüşü taktikaçısı kimi tanınmışdır.[2]
Akiyama Saneyuki 1868-ci ildə Yaponiyanın İyo əyalətində samuray ailəsində doğulmuşdur.[1]
Akiyama 1890-cı ildə Donanma Akademiyasından məzun olmuşdur.[1] 1894–1895-ci illərdə Çin-yapon müharibəsində iştirak etmiş, hərbi təhsil almaq məqsədilə 1897–1899-cu illərdə ABŞ-də yaşamışdır.[1] O, Nyuport şəhərində yerləşən Dəniz Döyüşü Kollecində təhsil almaq istəsə də, ABŞ-nin Yaponiyaya qarşı hərbi planları olduğu üçün qəbul edilməmişdir.[2] Buna görə də birbaşa Alfred Tayer Mehenə müraciət etmişdir.[2] Mehen Akiyamanı donanma tarixindən bəhs edən əsərlər siyahısı ilə təmin etmiş, Akiyama bu əsərləri oxumuşdur.[2] Akiyama 1898-ci ildə baş vermiş İspaniya-ABŞ müharibəsində əcnəbi müşahidəçi qismində iştirak etmişdir.[1]
1902–1903-cü illərdə Yaponiyada Dəniz Heyəti Kollecində taktika və strategiya üzrə təlimçi olmuş, dəniz döyüşü haqqında sistematik təhsilə start vermişdir.[1] ABŞ donanmasının planlaşdırma proseslərindən təsirlənən Akiyama istənilən dəniz əməliyyatının planlaşdırılmasına rasional və elmi yanaşma gətirməyi müdafiə etmişdir.[2] O, ABŞ donanmasından istifadə olunan müharibə oyunu – böyük stollar üzərində modellər və markerlərlə əsl döyüş vəziyyətini simulyasiya etmək praktikasını Yaponiya donanmasına gətirmiş, ənənəvi yapon və Qərb konsepsiyalarını birləşdirmişdir.[1]
1904–1905-ci illərdə davam edən Rus-yapon müharibəsi zamanı Toqo Heyhaçironun donanmasında heyət zabiti olmuşdur.[1] Onun yeddi mərhələli döyüş planı Tsuşima döyüşündə Yaponiyaya qələbə gətirmiş, uzun müddət Yaponiyanın sadə dəniz döyüşü taktikası olmuşdur.[1] Müharibədən sonra Yaponiyanın ABŞ-nin gözündəki potensial düşmən imicini aradan qaldırmaqla məşğul olmuşdur.[2] O, ABŞ-la Yaponiya arasındakı potensial müharibənin Çin üstündə baş verə biləcəyini düşünmüşdür.[2] 1905–1908 və 1912–1914-cü illərdə də Dəniz Heyəti Kollecinin təlimçisi olmuşdur.[1]