Alan Uots | |
---|---|
ing. Alan Watts | |
Doğum tarixi | 6 yanvar 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1973[1][2][…] (58 yaşında) |
Vəfat yeri | |
İstiqaməti | Şərq fəlsəfəsi |
Əsas maraqları | fəlsəfə, Dzen-Buddizm, Daosizm, hinduizm, buddizm |
Təsirlənib | Timoti Liri[d], Karl Qustav Yunq, Ciddu Krişnamurti, Lüdviq Vitgenşteyn |
Vikianbarda əlaqəli mediafayllar |
Alan Vilson Uots (ing. Alan Wilson Watts; 6 yanvar 1915[1][2][…], Kent qraflığı – 16 noyabr 1973[1][2][…], Tamalpais dağı, Kaliforniya) — Şərq fəlsəfəsini tərcümə etməsi və Qərb auditoriyası üçün populyarlaşdırması ilə tanınan britaniyalı filosof, yazıçı və mühazirəçi.
O, özünümüəyyənləşdirmə, reallığın əsl mahiyyəti, ali şüur, həyatın mənası, Tanrı konsepsiyası, xoşbəxtliyə qeyri-maddi yolla nail olma kimi mövzuları əhatə edən 25-dən çox kitab və çoxsaylı məqalələr yazmışdır. O, kitablarında öz təcrübəsini elmi biliklər, Qərb və Şərq dinləri, ezoterizm və fəlsəfə ilə əlaqələndirir.