Albani Rayonu(ing. Albany County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-ci ildə bu rayonun əhalisi 36 299 nəfər olmuşdur. 2010-cu ildə isə bu göstərici 32 014 nəfər olmuşdur.
Albani rayonu 16 dekabr1868-ci ildə Larami rayonunun ərazisində yerləşirdi. Sonradan bu bölgənin əhalisinin artması, onu yeni rayon olaraq yaranmasına təkan verdi.[2] Albani rəsmi olaraq 19 may 1869-cu ildə Vayominq ərazisinin bir rayonuna çevrildi.[3][4]
ABŞ Siyahıyaalma Bürosuna görə, rayonun sahəsi 4,309 kvadrat mil (11,160 km2) idi, bunlardan 4,244 kvadrat mil (11,070 km2) torpaq (99.2%) və 35 kvadrat mil (91 km2) sahə isə su (0,8%) ilə əhatə olunmuşdur.[5]
Əhalinin siyahıya alınmasına görə 2000-ci ildə Albani rayonunda 32 014 nəfər, 7 006 ailə yaşayırdı, 13 269 ev təsərrüfatı və 15 215 yaşayış evi var idi.[9] Əhalinin orta sıxlığı bir kvadrat kilometrdə 3 nəfər təşkil edirdi. Siyahıyaalınması görə rayonun irqi tərkibi aşağıdakı kimi yayılmışdır:
İspan və Latın amerikalıları rayonun bütün sakinlərinin 7,49% - ni təşkil edirdi.
2000-ci ilin siyahıyaalmasına görə rayonun əhalisi aşağıdakı kimi bölünüb:
18,4% — 18 yaşdan aşağı
28,2% — 18 - 24 yaş arası
26,1% — 25-44 yaş arası
19,1% — 45-64 yaş arası və
8,3% — 65 yaş və daha yuxarı.
Rayon sakinlərinin ortalama yaşı 27-dir. Rayondaki hər 100 nəfərə qadına 106,7 kişi düşürdü.
Rayonda bir ev təsərrüfatı üçün orta gəlir 28 790 ABŞ dolları, ətrafda bir ailə üçün orta gəlir isə 44 334 ABŞ Dollarıdır. Bununla yanaşı, kişilər ildə orta hesabla 31 087 ABŞ dolları qazanırlar.[10]Qadınlarda orta illik gəlir isə 22 061 ABŞ dollarıdır.[11] Rayonda adambaşına gəlir ildə 16 706 ABŞ dolları təşkil edib. Rayondakı bütün ailələrin 10,8%-i və əhalinin ümumi sayının 21,0%-i yoxsulluq həddində yaşayırlar.[12]
↑Long, John H. "Wyoming: Individual County Chronologies". Wyoming Atlas of Historical County Boundaries. The Newberry Library. 2006. July 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2011.