Albert gölü | |
---|---|
ing. Lake Albert | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 615 m |
Eni | 30 km |
Uzunluğu | 160 km |
Sahil uzunluğu | 1044 km |
Sahəsi | 5300 km² |
Həcmi | 132 km³ |
Dərin yeri | 58 m |
Orta dərinliyi | 25 m |
Axan çay | Albert-Nil çayı |
Yerləşməsi | |
1°41′ şm. e. 30°55′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar.
Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür. Göldən isə Albert-Nil çayı başlayır. Gölə hər il 4,6 km³ yağıntı, 24,9 km³ axın gəlir. İl ərzində isə 7,5 km³ buxarlanmaqla, 22 km³ su gölü tərk edir. Su səthinin ilik temperaturu 30 °C təşkil edir. Göldə çoxlu sayda balıq növü vardır (40 növ). Əsas limanları — Butiaba Uqanda və Kaseni Konqo Demokratik Respublikası.
Göl 1864-cü ildə Böyük Britaniyalı səyahətci Semuyel Bayker tərəfindən kəşf edilmiş və Kraliça Viktoriyanın həyat yoldaşı şərəfinə adlandırılmışdır.
Albert gölü Albert rifti üzərində yerləşir. Ağ Nilin qollarından olan Albert-Nil çayı digər su tutarları ilə əlaqələnir.
Gölün cənub hissəsi Semliki çayının tökülməsi ilə əlaqədar bataqlıqlaşmışdır. Cənub sahilləri Ruvenzori, şimal-qərb sahili isə Mavi dağları yerləşir. Sahillərində çoxlu sayda qəsəbələr vardır.