Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi.
Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər.
Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər.
İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.