Aleksandr Litvinenko | |
---|---|
(rus. Алекса́ндр Ва́льтерович Литвине́нко) | |
Doğum tarixi | |
Doğum yeri | Voronej, Rusiya SFSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Vəfat səbəbi | "Polonium-210" elementi ilə zəhərlənib |
Dəfn yeri | |
İxtisası | Casus |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, hərbi qulluqçu, casus |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Valteroviç Litvinenko (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко; 30 avqust 1962[1], Voronej[2] – 23 noyabr 2006[3][4][…], London[5]) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.
Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi.[6] 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.[7]
Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib.[8] Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.[9]