Aleksandr Rou | |
---|---|
rus. Александр Артурович Роу | |
![]() | |
Doğum adı | Aleksandr Arturoviç Rou |
Doğum tarixi | 24 fevral (9 mart) 1906 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 dekabr 1973 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1930 — 1973 |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0745498 |
![]() |
Aleksandr Arturoviç Rou (rus. Александр Артурович Роу; 24 fevral (9 mart) 1906, Moskva – 28 dekabr 1973, Moskva) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. RSFSR xalq artisti (1968). 1943-cü ildən Sov. İKP üzvü.
Aleksandr Rou 1906-cı ildə Yuyevets şəhərində (indiki İvanovo vilayətində anadan olmuşdur. Onun atası miliyyətcə irland olan Artur Uilyam Rou mühəndis olmuşdur[1]. İlk kino fəaliyyətinə 1930-cu ildə Maksim Qorki adına kinostudiyada başlamışdır. Həmin illərdə Müqəddəs İorgen bayramı (1930), "Marionetka" (1934), "Cehizsiz qız" filmlərində rejissor köməkçisi kimi iştirak etmişdir. 1937-ci ildə "Soyuzdetfilm" kinostudiyasında rejissor fəaliyyətinə başlamış, 1938-ci ildə çəkdiyi "Durnabalığının əmri ilə" adlı nağıl-filmi ilk müstəqil rejissor işi olmuşdur. Daha sonra ard-ardınca "Gözəl Vasilisa" (1939), "Qozbel at" (1941), "Ölməz Kaşşey" (1945) və s. filmlər çəkmişdir[2]. 60-cı illərdə bir çox kinofestivallarda mükafatlar almışdır[3][4]. Aleksandr Rou 28 dekabr 1973-cü ildə Moskvada vəfat etmiş, Babuşkin qəbiristanlığında dəfn olunmuşdur.
İl | Filmin adı | Şəkil | Filmin orijinal adı | Fəaliyyəti |
---|---|---|---|---|
1930 | Müqəddəs İorgen bayramı | ![]() |
rus. Праздник святого Иоргена | Rejissor köməkçisi |
1933 | Marionetlər | ![]() |
rus. Марионетки | Rejissor assistenti |
1936 | Cehizsiz qız | ![]() |
rus. Бесприданница | Rejissor assistenti |
1936 | Məhəbbətin qəribəliyi haqqında | rus. О странностях любви | Rejissor assistenti | |
1937 | Tənha yelkən ağarır | ![]() |
rus. Белеет парус одинокий | Rejissor assistenti |
1937 | Durnabalığının əmri ilə | ![]() |
rus. По щучьему веленью | Rejissor |
1939 | Gözət Vasilisa | ![]() |
rus. Василиса Прекрасная | Rejissor |
1941 | Qozbel at | ![]() |
rus. Конёк-Горбунок | Rejissor |
1941 | Hərbi kinoməcmuə № 7 | rus. Боевой киносборник № 7 | Rejissor | |
1945 | Ölməz Kaşşey | ![]() |
rus. Кащей Бессмертный | Rejissor |
1949 | Sehrli təəssüratlar günü | rus. День чудесных впечатлений | Rejissor, ssenari müəllifi | |
1950 | Krım (Sənədli film)' | rus. Крым | Rejissor | |
1952 | May gecəsi | ![]() |
rus. Майская ночь | Rejissor |
1954 | Dağ gölünün sirri | ![]() |
rus. Тайна горного озера | Rejissor |
1956 | Qiymətli hədiyyə | ![]() |
rus. Драгоценный подарок | Rejissor |
1958 | Çəkməli pişiyin yeni macəraları | ![]() |
rus. Новые похождения Кота в сапогах | Rejissor |
1959 | Bacarıqlı Mariya | ![]() |
rus. Марья-искусница | Rejissor |
1960 | Büllur başmaq | ![]() |
rus. Хрустальный башмачок | Rejissor |
1961 | Dikanka yaxınlığında xutor axşamları | ![]() |
rus. Вечера на хуторе близ Диканьки | Rejissor, ssenari müəllifi |
1963 | Əyri güzgülər krallığı | ![]() |
rus. Королевство кривых зеркал | Rejissor |
1964 | Şaxta baba | ![]() |
rus. Морозко | Rejissor |
1968 | Od, su və… mis borular | ![]() |
rus. Огонь, вода и… медные трубы | Rejissor |
1969 | Uzunhörük, gözəl Varvara | ![]() |
rus. Варвара-краса, длинная коса | Rejissor, ssenari müəllifi |
1972 | Qızıl buynuzlar | ![]() |
rus. Золотые рога | Rejissor, ssenari müəllifi |
1975 | Finist — itigözlü şahin | ![]() |
rus. Финист — Ясный Сокол | Ssenari müəllifi |