Aleksandr Stoletov | |
---|---|
Doğum tarixi | 29 iyul (10 avqust) 1839[2] və ya 10 avqust 1839[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 (28) may 1896 (56 yaşında), 15 (27) may 1896[2] (56 yaşında) və ya 27 may 1896[2] (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Elm sahələri | fizika[1], elektromaqnetizm[d][1], Ferromaqnetizm[1], molekulyar fizika[1] |
İş yeri |
|
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Stoletov Aleksandr Qriqoryeviç (rus. Алекса́ндр Григо́рьевич Столе́тов; 10 avqust, 1839 – 27 may, 1896) — rus fiziki.
Rus fiziki A.Q.Stoletov 1839-cu ildə Vladimir şəhərində anadan olub. Onun anası savadlı qadın olmuşdur. Ona görə o, ilk təhsilini ailədə almış və uşaq ikən fransız, alman və ingilis dillərini öyrənmişdir.
Gimnaziyada oxuduğu son illərdə fizika və riyaziyyat onun ən sevimli fənləri olub. O, məktəbdə dərslərini sinifdə diqqət verməklə öyrənərmiş, evdə isə fizikaya aid cihazlar düzəldib təcrübələr apararmış. O, fizik olmağı qarşısına məqsəd qoyur. Orta təhsilini qızıl medalla tamamlayan Stoletov 1856-cı ildə Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən ona görkəmli alimlər dərs demişdir: tətbiqi riyaziyyatı N.D.Braşman, tərbiyəsi ilə P.L.Çebışev, astronomiyanı F.A.Bredixin, ali riyaziyyatı N.E.Zernov, fizikanı isə görkəmli alim M.F. Spasskiy tədris etmişdir. Stoletov 1860-cı ildə universiteti bitirir və yaxşı oxuduğundan universitetdə saxlanılır. İki il işlədikdən sonra təhsilini davam etdirmək üçün Almaniyaya gedir və orada məşhur fiziklərlə (Maqnus, Veber, Helmholts) görüşür və vaxtının çox hissəsini Qeydelberqdə Kirxhovla işləyir. Ezamiyyətdən qayıtdıqdan sonra Stoletov 1866-cı ildən Moskva universitetində müəllim işləməyə başlayıb riyazi fizikadan mühazirə oxuyur. Öz elmi işi üzərində inadla işləməsi sayəsində o, 1869-cu ildə dissertasiya müdafiə edir.
İki il işlədikdən sonra Stoletov aydın hiss edir ki, Rusiyada fizika elmini inkişaf etdirmək və gənc fiziklərə rəhbərlik etmək üçün laboratoriya lazımdır. Ona görə də Stoletov laboratoriya təşkil etmək fikrinə düşür.
Stoletov ikinci dəfə Qeydelberqə öz müəllimi Kirxhovun yanına gedib laboratoriyasında tədqiqat aparmağa icazə verilməsini xahiş edir. 1871-ci il may ayından Kirxhovun laboratoriyasında tədqiqatlar aparıb öz elmi işini tamamlayır və hazır eksperiment materialı ilə Moskvaya qayıdır. Həmin materiallar əsasında Stoletov 1872-ci ildə «Yumşaq dəmirin maqnitləşmə funksiyası haqqında tədqiqatlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bundan sonra o, Moskva universitetinə professor təsdiq olunur, yaxşı fizika laboratoriyası təşkil edir və rus fiziklər məktəbinin əsasını qoyur. O, laboratoriyasının qapısını gənc fiziklərin üzünə geniş açdığına görə Rusiyanın çox şəhərlərindən onun yanına oxumağa gəlirlər.
Stoletovun elmi işləri elektromaqnetizm, optika, molekulyar fizika və s. aid olmuşdur.