Aleksandr Vinerberqer

Aleksandr Vinerberqer
alm. Alexander Wienerberger
Doğum tarixi 8 dekabr 1891(1891-12-08)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1955(1955-01-05)[2] (63 yaşında)
Vəfat yeri
Milliyyəti alman
Dini protestant
Təhsili
Fəaliyyəti mühəndis, fotoqraf, əsgər
Partiyası
Tanınır Qolodomor soyqırımı ilə bağlı çəkmiş olduğu fotolar ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Vinerberqer (alm. Alexander Wienerberger‎; ukr. Александр Вінербергер; 8 dekabr 1891[1][2], Vyana[2]5 yanvar 1955[2], Zalsburq[2]) — 19 il ərzində SSRİ-nin müxtəlif kimya fabrik və zavodlarında işləmiş alman əsilli Avstriya kimya mühəndisi, həvəskar fotoqraf. Aleksandr Vinerberqer 1932–1933-cü illərdə Xarkov şəhərində əmək fəaliyyəti ilə məşğul olduğu zaman Qolodomor soyqırımına şahidlik etmiş və hadisə ilə bağlı onlarla foto çəkmişdir.

Aleksandr Vinerberqer sonrakı illərdə ölkədən çıxmağı baçarmış və çəkmiş olduğu fotoları özü ilə aparmışdır. Fotolar qısa zamanda Şimali AmerikaQərbi Avropa mətbuatında geniş əks-səda doğurdu və SSRİ-nin yaratmış olduğu mifi darmadağın etdi. Qolodomor soyqırımı ilə bağlı çəkilmiş fotoların böyük əksəriyyəti və ən əhəmiyyətliləri Vinerberqerin adı ilə bağlıdır.[3]

Aleksandr Vinerberqer 1898-ci ildə Avstriya-Macarıstan İmperiyasının paytaxtı Vyana şəhərində, çex-yəhudi əsilli ailədə anadan olmuşdur. Atası milliyyətinə görə yəhudi olsa da, qızının vermiş olduğu məlumatlara görə özünü avstiryalı və ateist hesab etmişdir. Birinci Dünya Müharibəsi zamanı Avstriya ordusu tərəfdən müharibəyə yollanmış, 1915-ci ildə Rusiya imperiyasına qarşı aparılan döyüşlərdə əsir düşmüşdür.

Əsirlikdə olduğu dövrdə 1919-cu ildə saxta sənədlərlə əsirlikdən qaçmağa cəhd göstərsə də, bu cəhdi uğursuz alınmışdır. Pskov yaxınlığında Çeka əməkdaşları tərəfindən təkrar həbs edildikdən sonra Vinerberqerə qarşı cəsusluq ittihamı irəli sürülmüşdür.

1920-cı ildə verilmiş cəzasını çəkməsi üçün Moskva yaxınlığındakı Lubyanka həbsxanasına göndərilmişdir. Rus həbsxanasında olduğu dövrdə, özünün kimyaçı kimi bacarıqlarını göstərməyi bacaran Vinerberqer qısa müddət ərzində Sovet hakimiyyətinin diqqətini çəkməyi bacarmışdır. Məhbuslar üçün ayrılmış istehsalat zavodlarında çalışan kimyaçının laklar və boyaların hazırlanmasındakı qabiliyyətləri onun məhbusu olduğu zavodda mühəndis təyin olunması ilə nəticələnmişdir. Sonralar Vinerberqer sovet rəhəbərliyi üçün müxtəlif təyinatlı partlayıcı maddələrin hazırlanmasında da köməklik göstərmişdir.[4].

Qolodomor soyqırımının simvolu hesab olunan Ac qız fotosu 1933-cü ildə Xarkov şəhərində gizli şəkildə Aleksandr Vinerberqer tərəfindən çəkilmişdir.

1928-ci ildə Vinerberqerə ailəsini və qohumlarını ziyarət etmək üçün Vyana şəhərinə getməsinə icazə verilir. SSRİ-yə evlənib qayıtması səbəbindən sovetlər kimyaçının həbsxana müddətinin ev həbsi ilə əvəzlənməsinə və əvəzində də, SSRİ üçün xidmət göstərməsi şərtini irəli sürürlər. 1931-ci ildə ailənin qızı övladı dünyaya gəldikdən sonra həyat yoldaşı yenidən Vyana qayıtmışdır.[3]. 1930-cu illərdə Vinerberqer SSRİ-də artıq keçmiş bir məhbus yox, savadlı və istedadlı alim kimi tanınmaqda və hörmət görməkdə idi. Aleksandr dövlət tərəfindən Moskva şəhərində mənzillə təmin olunmuşdu və kimya zavodlarının birində rəhbər vəzifədə çalışırdı. 1933-cü ildə Xarkov şəhərində göndərilmiş və burada sintetik fabrikə texniki direktor vəzifəsinə təyin edilmişdir.

Xarkov şəhərində olduğu müddət ərzində Qolodomor soyqırımının şahidi olan alim, NKVD tərəfindən həbs olunmaq təhlükəsinə baxmayaraq, həmin hadisələrinin fotolarını çəkməyi bacarmışdır. 1934-cü ildə birdəfəlik Vyanaya qayıtmasından sonra şəxsi foto arxivini Kardinal Teodor İnnitzerə göndərmiş və beləliklə də, dünya ictimaiyyəti Qolodomor haqqında detallı foto faktlar əldə edə bilmişdir.[3].

Qolodomor fotoları

[redaktə | mənbəni redaktə et]

Aleksandr Vinerberqer Xarkov şəhərində yaşadığı bir ilə yaxın müddət ərzində gizli şəkildə yüzdən çox foto çəkməyi bacarmışdır. Onun fotolarında dükkanların qarşısında yemək növbəsinə dayanmış ac insanlar, ac uşaqlar və Xarkov küçələrindən acından ölmüş insanlar cəsədləri, soyqırım qurbanlarının kütləvi formada dəfn edildiyi məzarlıqlar təsvir edilmişdir. Mühəndisin fotoları alman istesahlı olan Leica fotokamerası ilə çəkdiyi məlumdur və fotokameranı Avstriyadan gizli şəkildə ölkəyə gətirdiyi təxmin olunur.

1934-cü ildə mühəndisin ölkəsinə qayıtmasından az əvvəl, çəkilmiş fotoların neqativlərini Avstriyanın SSRİ-də yerləşən səfirliyinə diplomatik poçt vasitəsi ilə göndərmişdir. O, neqativləri özü ilə birlikdə ölkədən çıxarmağı düşünsə də, Avstriya səfirliyinin əməkdaşları Sovet təhlükəsizlik qüvvələrinin sərhəd-buraxılış məntəqəsində baş verə biləcək mümkün yoxlamalara görə neqativlərin diplomatik kanal üzərindən ölkədən çıxarmasını məsləhət görmüşdür. Fotoların neqativləri Vyana şəhərində əvvəlcə Milli azlıqlar üzrə Beynəlxalq Komitə və oradanda din xadimi Teodor İnnitzerə göndərilmişdir.[3]

Fotolar ilk dəfə 1935-ci ildə geniş kütləyə təqdim olunmuşdur. Müəllifin təhlükəsizliyi baxımından fotoları çəkən şəxsin adı gizli saxlanılmışdır. 1939-cu ildə mühəndis tərəfindən SSRİ-də yaşadığı dövrün memuarlarını özündə birləşdirən kitabda, həmin fotolar və Qolodomor soyqırımı haqqında iki fəsil mövcuddur. Qolodomor soyqırımı ilə bağlı çəkilmiş fotoların demək olar ki, mütləq əksəriyyəti Aleksandr Vinerberqer tərəfindən çəkilmişdir.

  1. 1 2 Alexander Wienerberger // Photographers’ Identities Catalog.
  2. 1 2 3 4 5 6 7 8 Gradwohl-Schlacher K. KOZLOVSKY Alexander // Literatur in Osterreich 1938-1945 : Handbuch Eines Literarischen Systems. Böhlau Verlag, 2021. S. 173–176. ISBN 978-3-205-21433-5
  3. 1 2 3 4 ""Це був геноцид": історія британської фотохудожниці, яка ширить пам'ять про Голодомор". BBC Україна. 23 листопада 2018. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 листопада 2018.
  4. "Александр Вінербергер у спогадах доньки". Меморіал жертв Голодомору. 7 лютого 2016. 2019-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 листопада 2018.