Aleksey Antonov | |
---|---|
rus. Алексей Иннокентьевич Антонов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 (27) sentyabr 1896[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 1962[2] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
|
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Qızıl Ordu, piyada |
Hərbi hissə | Qızıl Ordunun qərargahı, Zaqafqaziya hərbi dairəsi |
Xidmət illəri |
1916–1918 1919–1962 |
Rütbəsi | |
Döyüşlər | Birinci Dünya müharibəsi, Böyük Vətən müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey İnnokenteviç Antonov (15 (27) sentyabr 1896[1], Qrodno, Litva general-qubernatorluğu[d][3] – 18 iyun 1962[2], Moskva[3]) — Sovet hərbi komandiri, ordu generalı. 1945–1946-cı illərdə Ali Qərərgah rəisi. 1942-ci ilin dekabrında Böyük Vətən müharibəsində sovet qoşunlarının demək olar ki, bütün qoşunlarında iştirak edib. Üç dəfə "Lenin" ordeni, Dörd dəfə Qırmızı Bayraq ordeni, "Qələbə" ordeni və s. laueratıdır.
Aleksey Antonov 28 sentyabr 1896-cı ildə Belorusiyanın Qrodno şəhərində anadan olub. Atası—İnnokenti Alekseyviç Antonov kapitan, artilleriya zabiti, anası—Terez Ksaverevnı Antonov evdar qadın idi. Antonovun atası Sibirdə Aleksandrov Hərbi Məktəbini bitirib. 1904-cü ildə ailəsi Ukraynaya—Ostroq şəhərinə köçür. Burada Aleksey gimnaziyaya daxil olur. 1916-cı ildə Aleksey Antonov hərbi xidmətə çağırılır. Həmin ilin dekabrında Pavlovsk Hərbi Məktəbində kursu bitirir və gizir rütbəsi alaraq Yeqer qvardiya alayına göndərilir. 1917-ci ilin əvvəlində həmin alayı Aleksey Kaledinin komandanlıq etdiyi Cənub-Qərb cəbhəsi 8-ci ordunun köməyinə göndərilir. Aleksey Antonov 1917-ci ilin 18 iyunda gecə vaxtı cənub Stanislav cəbhəsindən artilleriya ilə almanlar üzərinə hücuma keçir. 16 iyulda almanlar əks-hücuma keçirlər. Döyüş zamanı Antonov qəlpə yarası alır və Petroqradda xəstəxanaya çatdırılır. Bu döyüşdə göstərdiyi igidliyə görə o, Müqəddəs Anna ordeni ilə təltif olunur. 24 iyun 1941-ci ildə Aleksey Antonov Kiyev Xüsusi Hərbi Dairəsinin qərargah rəisi təyin olunur. O, həmçinin cəbhə xəttinə səfərbərlikdə böyük xidmətlər göstərmişdir. O, 1941-ci ilin iyul ayında Dneprdən 120 min çağırışçı, 24 min at, 10 min vaqon səfərbər etmişdi. 1941-ci ilin avqust ayında Cənub cəbhəsinə Antonov rəhbərlik etmişdir.