Alenia C-27J Spartan[2] Leonardo şirkəti tərəfindən istehsal olunan hərbi nəqliyyat təyyarəsidir.[3] İlk uçuşunu 1999-cu ildə həyata keçirib. Standart konfiqurasiyadan əlavə olaraq, C-27J-nin dəniz patrulu, axtarış və xilasetmə, müşahidə və kəşfiyyat, yanğına dəstək və radioelektron mübarizə üzrə variantları mövcuddur. C-27J Avstraliya, Bolqarıstan, Çad, Yunanıstan, İtaliya, Keniya, Litva, Meksika, Mərakeş, Peru, Rumıniya, Slovakiya, Sloveniya, Zambiya və açıqlanmayan ölkələrin hərbi hava bölmələri tərəfindən sifariş edilmişdir.[4]
Avstraliya — Kral Avstraliya Hərbi Hava Qüvvələri 10 ədəd təyyarə sifariş edib[5], ilk təyyarə 2015-ci ildə təhvil verilib.[6] 2018-ci ilin aprelində 10-cu təyyarənin təslimatı tamamlandı.[7]
Azərbaycan — Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən 2023-cü ildə sifariş olunmuş 1 ədəd C-27J Spartan tipli hərbi nəqliyyat təyyarəsi 2024-cü ilin iyununda Azərbaycan tərəfinə təqdim olunub.[8][9]
Bolqarıstan — Bolqarıstan Hərbi Hava Qüvvələrində 2024-cü ilin may ayından etibarən xidmətdə olan üç C-27J var.[10]
Çad — Çad Hərbi Hava Qüvvələri əvvəlcə 2013 və 2014-cü illərdə alınan iki C-27J-ni idarə edir.[11]
Yunanıstan — Yunanıstan Hərbi Hava Qüvvələrində 2012-ci ilin yanvarından istifadədə olan səkkiz C-27J var.[10]
İtaliya — İtaliya Hərbi Hava Qüvvələrində 2012-ci ilin yanvarından istismarda olan 12 təyyarə var.
Keniya — Keniya Hərbi Hava Qüvvələri üç C-27J istismar edir.[12]