Aleut adaları | |
---|---|
ing. Aleutian Islands | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 10,000 m |
Əhalisi | 8,162 nəfər (2002-ci il) |
Yerləşməsi | |
52°05′49″ şm. e. 173°30′02″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir.
Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir[1]. Arxipelaq 5 qrupa bölünür:
1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları.
2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar
3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s.
4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları.
5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Arxipelaqda 25 fəaliyyətdə olan vulkan vardır: Şişaldina vulkanı (2861 m), Vsevidov vulkanı (2149 m), Tanaqa vulkanı (1806 m), Böyük Sitkin vulkanı (1740 m), Qarelıy (1573 m), Kanaqa (1307 m), Sequla vulkanı (1153m).
Adalarda subarktik, dəniz tipi hakimdir. Fevral ayının orta temperaturu −1,4 °C, avqustda 11,9 °C, yayda tez-tez duman müşahidə olunur.
100 m hündürlüyə qədər subarktik çəmənliklər yayılıb. Kiçik söyüd kolları (Salix Arctica) ilə otlar (arnika unalaschcensis) geniş ərazini tutur. Nisbətən hündürlükdə qayalıqlar və dağ tundra hakimdir.
Avropalılar kəşf edənə qədər burada kürklü heyvanlarla (tülkü, arktika kürklü tülküsü) və dəniz canlılarıyla zəngin idi. Hal-hazırda demək olar ki, hamısı ovlanmışdır. Qayalıqlarda böyük quş topluları yığılır.
1980-ci ildən demək olar ki, bütün adalar Alyaska Milli Dəniz Qoruğuna daxil edilmişlər.
Adalarda ümumilikdə 8162 nəfər yaşayır (2000). Əsasa yaşayış məntəqələri - Unalaska (4283 nəfər, 2000-ci), Adak (300 nəfər), Atka (61 nəfər), Nicholas (Umnak 39 nəfər). Yerli əhalisi aleutlardır. Əhali sıxlığı adalar çox azdır. Bir çox adalarda yaşayış yoxdur. Dini mənsubiyyətləri arasında metodistlər, katoliklər, yerli əhalinin kiçik bir hissəsi pravoslav xristianlardır.
Əhalinin əsas məşğuliyyəti balıq ovudur.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |