Alexandra Quereda | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Vətəndaşlığı | İspaniya | ||||||||||
Doğum tarixi | 24 iyul 1992[1] (32 yaş) | ||||||||||
Boyu | 175 sm | ||||||||||
Çəkisi | 65 kq | ||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Alexandra Quereda (24 iyul 1992[1]) — İspaniyanı təmsil edən bədii gimnast. Alexandra Quereda, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Alexandra Quereda, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Lordes Mohedano, Sandra Aguilar Navarro və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Alexandra Quereda, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Lordes Mohedano və Sandra Aguilar Navarro ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |