""Alice"" | |
---|---|
Avril Ramona Lavin tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 29 yanvar 2010 |
Janr | alternativ rok |
Dil | İngilis |
Sözlərin müəllifi | Avril Lavin |
"Alice" (azərb. Alis) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır.
"Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir.
Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.
"Alice" mahnısının sözlərində yer alan: "Mən özümü möcüzələr ölkəsində tapıram, bu o deməkdir ki, bir də heç vaxt ağlamayacam. Məğlubiyyət olmayacaq və sonuna qədər savaşacam. Bu gün dua etməyə başladığım gündür və mən mütləq qalib gələcəyəm!" kimi cümlələr, musiqi mütəxəssisləri tərəfindən müsbət rəylər almışdır.
Ərazi | Tarix | Etiket | Format |
---|---|---|---|
Şimali Amerika | 27 yanvar 2010 | Buena Vista | Radio vasitəsilə |
29 yanvar 2010 | Rəqəmsal yükləmə | ||
Avstraliya | 27 fevral 2010 | ||
Avropa | 28 fevral 2010 | Walt Disney (Europe) | |
Almaniya | 5 mart 2010 | CD |
"Alice" mahnısı yayımlandıqdan qısa müddət sonra, 6 müxtəlif ölkədə ən yaxşı 40 hitdən birinə çevrilmişdir. Mahnı xüsusilə, Yaponiyada böyük uğurlar əldə etdi və bu ölkənin musiqi çartlarında 4-cü pilləyə qədər yüksəlmişdir.
Mahnı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, qızıl sertifikatına layiq görülmüşdür.[1]
Çart (2010) | Zirvə nöqtəsi |
---|---|
Avstraliya (ARIA) | 39 |
Avstriya | 19 |
Belçika (Flanders) | 19 |
Kanada(Hot 100) | 51 |
Çexiya | 24 |
Niderland | 99 |
European Hot 100 Singles | 54 |
Almaniya | 27 |
Yaponiya (Hot 100) | 4 |
Yaponiya | 47[a] |
Scottish Singles Chart[2] | 55 |
Slovakiya | 58 |
İspaniya | 43 |
Cənubi Koreya | 6 |
İsveçrə | 73 |
Birləşmiş Krallıq | 59 |
ABŞ (Hot 100) | 71 |