Alişan | |
---|---|
阿里山國家風景區 | |
Yerləşməsi | |
23°31′ şm. e. 120°48′ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Tayvan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir. İnibati baxımından Tayvan, Chiayi vilayəti, Alişan rayonu ərazisinə daxildir.
İqlimi yüksəkliklərdən asılı olaraq subrtopik və ya tropik ola bilir.
Orta temperatur:
Alçaq yüksəkliklərdə: 24 °C (yayda), 16 °C (qışda).
Orta yüksəliklərdə: 19 °C (yayda), 12 °C (qışda).
Hündür yüksəkliklərdə: 14 °C (yayda, 5 °C (qışda)
Hündürlüyü 2000 metrdən yüksək olan zirvələr: 25
Ən hündür nöqtəsi: Dadaşan(大塔山), 2,663 m.
Silsilənin orta yüksəkliyi: 2,500 m.
Taiwania cryptomerioides
Chamaecyparis formosensis
Chamaecyparis taiwanensis
Cunninghamia konishii
Pinus taiwanensis
Picea morrisonicola
Pseudotsuga sinensis
Abies kawakamii
Tsuga chinensis
Tayvanın yüksək dağlıq ərazilərində yerli Szou qəbilələri yerləşmişdir. Çinlilər dağ ətəyi zonalara XVII əsrin ortalkarında köçmüşlər. Ancaq XVIII əsrin sonlarına qədər dağların ucqarlarına yayılmamışdılar. Sonradan isə onlar Juyli (瑞里), Juyfun (瑞峰), Sıdim (隙頂) və Fenmsiku (奮起湖) qəsəbələrini salmışlar. Yerlilərlə silahlı toqquşmadan sonra çinlilər dağların ucqarılarına qədər yayıla bildilər.
Yaponlıar adanı ələ keçirdikdən sonra onlar burada həmişə yaşıl sərv ağacını aşkarlayırlar. Meşə sənyesini inkişaf elətdirmək məqsədilə ensiz dəmir yolu çəkilir. Hazırda Alişan meşə dəmiryolu turistlərin istifadəsindədir. Yaponlar ərazini milli park etmək niyyətində idilər. 1970-ci ildən turizm əsas gəlirli sahəyə çevrilıir. Əksinə meşə təsrrüfatı isə geri qalmağa başlayır. 1980-ci ildə buradan şose yolu çəkilir. 2001-ci ildə isə bölgə milli park elan edilir. 2009-cu ildə dəmir yolu böyük zərər görmüşdür. 2014-cü ildə yalnız Chiayi-dən Fenqihuya qədərki hissəsi yenidən açılmışdır.