Alley-op

Detroyt Pistons oyunçuları alley-op icra edərkən

Alley-op (ing. Alley-oop,  — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank).

Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur.[1] Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur. Elementin uğurlu alınması üçün topun ötürülmə dəqiqliyi və uca boylu hücümçunun cəldliyi əsas şərtdir.

Alley-op basketbolda ən yüksək növ elemetlərdən biri hesab olunur və təkcə oyun zamanı tətbiq olunmur. Alley-opdan müxtəlif müsabiqələrdə yuxarıdan atış növü kimi istifadə edirlər. Məsələn, NBA-nın Bütün Ulduzları müsabiqəsinin ən sevimli etaplarından bir Alley-opdur.

Terminin mənşəyi

[redaktə | mənbəni redaktə et]

"Alley-op" termini fransız sözü olan Allez hop!- dan meydana gəlmiş. Sirk akrobatları hərəkətdən öncə bu sözü işlədirlərmiş[2] .

  1. Sonics ushered Seattle into the big time 40 years ago Saturday (ing.)
  2. alley-oop, adv., int., adj., and n Arxivləşdirilib 2012-04-20 at the Wayback Machine, Oxford English Dictionary entry for term "alley oop" (ing.)