Almaniya vaxtelhundu | |
---|---|
![]() | |
Mənşəyi | |
Ölkə | |
![]() |
Almaniya vaxtelhundu – Almaniyada 1890-cı illərdən inkişaf etdirilmiş it cins. Əsasən ovçuluq məqsədilə istifadə edilir.
Almaniya vaxtelhundunin yaranması 1890-cı illərə təsadüf edir. Cinsin yaradılmasında ən böyük rol oynayan şəxs Frederik Robert alman iti tərbiyəçisi olmuşdur. 1848-ci ildə Almaniya inqilabları sonrası sadə vətəndaşlara ovçuluq icazəsi verilməsi çox yönlü ov itlərinə olan ehtiyacı artırmışdır. Robert XIX əsrin sonlarında Bavariyada Almaniya vaxtelhundunu yaratmışdır. 1903-cü ildə "Deutscher Wachtelhund" rəsmi olaraq bir cins kimi tanındı və 1910-cu ildə "Verein für Deutsche Wachtelhund" (VDW) təşkilatı təsis edilmişdir. Bu təşkilat cinsin standartını müəyyən etmək üçün 4 erkək və 7 dişi it seçdi. 1960–1970-ci illərdə bir neçə Almaniya vaxtelhundu ABŞ-yə ixrac edilmiş və bu itlərin nəsilləri indiki dövrdə Kanadada ovlanmaq üçün istifadə edilir.[1][2]
Almaniya vaxtelhundu güclü qamətli, əzələli və orta ölçülü bir ov itidir. Uzun, qalın və dalğalı tükləri vardır. Qulaqları nisbətən uzundur və burun ucuna qədər uzanmalıdır. Erkək itlərinin boyu 48–54 sm, dişi itlərinin boyu isə 45–52 sm arasındadır. Çəkisi 18–25 kq arasında dəyişir. Tükləri baş hissəsində qısa və incə, bədənin qalan hissəsində isə uzun, qalın, dalğalı və ya buruq olur. Tükləri qəhvəyi və ya qəhvəyi "roan" (qəhvəyi və ağ qarışıq) rənglərdə olur. Tük rəngi qırmızı-ağ və ya düz qırmızı da ola bilər, lakin qara rəngli tükə rast gəlinmir.[3][4]
Almaniya vaxtelhundu çox aktiv və enerjili bir cinsdir, buna görə də onların sürətli həyat tərzlərinə uyğun pəhrizlərə ehtiyacı var. Heyvan mənşəli yüksək proteinlə zəngin qurudulmuş yemək yaxşı seçimdir, çünki bu növ yemək itin sağlam həyat sürməsi üçün lazım olan bütün vitaminləri və qida maddələrini təmin edir. Bu itlərə rejimsiz yemək verilməsi məsləhət görülmür, çünki onlar yeməyə çox həvəsli olurlar və tez çəki artıra bilərlər. Gündə iki və ya üç dəfə qidalandırılmaları daha uyğundur.[3]
Almaniya vaxtelhundunun təlimi nisbətən asandır, çünki bu cins əla ovçu və iz izləyicisi olmaqla yanaşı, sahibinə qarşı dostcanlı və itaətkardır. Güclü qoxu duyğusu və tək başına işləmə qabiliyyəti ilə tanınır. Ovçuluq zamanı heyvanları izləyərək tapmaq və gətirmək bacarığı ilə məşhurdur. Təlimi xüsusilə izləmə və atılan əşyanı gətirmə tapşırıqları üzrə böyük uğurla nəticələnir. Cinsin çox güclü instinktləri olduğundan, təlim və sosiallaşdırma erkən yaşlardan başlamalıdır.[3]