Bu məqaləni vikiləşdirmək lazımdır. |
Almaniyanın vergi sistemi
Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir.
İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir.
Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Bütün bu məqsədlərə eyni zamanda nail olunması praktiki olaraq mümkün deyildir. Məsələn, qiymətlərə məhdudiyyət qoyulması iqtisadi artımı zəiflədir, məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Balanslaşdırılmış nisbətin tapılması dövlətlərin iqtisadi siyasətinin əsasını təşkil edir.
İnkişaf etmiş ölkələrdə vergi siyasəti iqtisadiyyatda baş verən böhran halları ilə vergi dərəcələrini radikal şəkildə aşağı salmaqla mübarizə aparmaq ideyasına əsaslanır. Dövlətin vergi siyasəti ölkədə əlverişli vergi mühitinin formalaşmasına, investisiyaların təşviqinə yönəlməlidir.
Vergitutma səviyyəsinin yüksək olmasının nəyə gətirib çıxardığına aşağıdakı misallar əyani sübutdur. Məsələn, 1994-cü ildə Fransadan kapital axını 50 milyard ABŞ dollarından çox olmuşdur. Bu kapitalın əsas hissəsi güzəştli vergitutma rejimi olan ölkələrdə yerləşdirilmişdir. 1985–1994-cü illərdə Böyük Yeddiliyə daxil olan ölkələrdən Karib dənizi hövzəsi və Sakit okeandakı "vergi sığınacağı" ölkələrinə birbaşa investisiyaların həcmi 5 dəfə artmışdır.
İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə korporasiyaların mənfəət vergisinin və fərdi gəlir vergisinin dərəcələri 30–60%, faizlər, dividendlər və royalti şəklində bölüşdürülən mənfəətdən tutulan verginin dərəcəsi isə 15–35% intervalındadır. Həmin ölkələrdə şirkətlərin yaradılması şərtləri və maliyyə hesabatlarına nəzarət kifayət qədər sərtdir, vergi qanunvericiliyinin pozulmasına görə ağır cərimə və cinayət sanksiyaları tətbiq olunur.
Bu baxımdan Almaniyanın vergi sistemində hansı mühüm əhəmiyyətli prinsiplərə əməl edilməsinə, büdcənin hansı mənbələr hesabına formalaşmasına, aparılan vergi islahatlarına və vergi sisteminin inkişafının əsas istiqamətlərinə diqqət yetirilməsi məqsədəuyğun olardı.
Almaniyada məqsədyönlü vergi islahatları həyata keçirilir. İqtisadi artımın stimullaşdırılması, bazar mexanizminin fəallaşdırılması aparılan islahatların məqsədini təşkil edir.
İslahatların vəzifələri: vergi yükünün yüngülləşdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, özünümaliyyələşdirmənin genişləndirilməsi, kicik təsərrüfat formalarının təşviqi, istehlak həcminin stimullaşdırılması. Almaniyanın vergi sistemində fərqli ödəyicilərinə, vergitutma bazasına, vergi dərəcəsinə görə 50-yə yaxın vergi növü ödənilir. Almaniyada əlavə dəyər vergisinin 16%, mənfəət vergisinin 25% təşkil etməsinə baxmayaraq burada vergi sistemini cəlbedici adlandırmaq düzgün olmazdı. Almaniyada vergi sisteminin ən mühüm prinsipləri aşağıdakılardan ibarətdir:
Almaniyada vergilər dövlət gəlirlərinin əsas mənbəyi hesab olunur. Vergilər ölkənin dövlət büdcəsinin gəlirlərinin təqribən 80%-ni təşkil edir. Vergi sisteminin xüsusiyyətləri. Almaniyanın vergi sistemi digər sənayecə inkişaf etmiş ölkələrin vergi sistemindən əsaslı surətdə fərqlənir. Almaniyanın vergi sisteminin hüquqi təminatının başlıca xüsusiyyətləri əsas vergitutma obyektlərinin, vergilərin tutulmasının federasiyalar, ərazilər və icmalar arasında bölüşdürülməsi üzrə qarşılıqlı münasibətlərin və səlahiyyətlərin ölkənin Konstitusiyası vasitəsilə müəyyən ediklməsidir. Gəlirlərin tutulması və bölüşdürülməsi üzrə səlahiyyətlər baxımından Almaniyada vergilər aşağıdakı kimi qruplaşdırılır: federal, ərazi, birgə, yerli və kilsə vergiləri. Ən əhəmiyyətli vergilər (gəlir vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, aksizlər və başqaları) federal hakimiyyət orqanlarına məxsusdur. Ayrı-ayrı vergilərin, belə ki, mədən və torpaq vergilərinin tətbiqi və alınması qaydaları xüsusi qanunvericiliklə tənzimlənir. Bu qanunvericiliyə görə vergitutma bazasının müəyyən edilməsi, vergi güzəştəri və minimum azadolmalar federal hakimiyyətin səlahiyyətinə aiddir. Baza dərəcələrinə ərazi hakimiyyəti cavab verir, xüsusi əmsalları icma tətbiq edir. Əmsallar dövlətin maliyyə siyasətinin aləti kimi mühüm və səmərəli rol oynayır.
Almaniyada vergitutma obyektləri çox saylı və böyük əhatə dairəsinə malikdir və alınan vergilərin sayı 50-yə çatır. Büdcələrin strukturu və müxtəlif mənbəələr hesabına formalaşması istiqamətlərinə diqqət yetirək.
Federal büdcə aşağıdakı daxilolmalar hesabına formalaşır:
Ərazi büdcəsi aşağıdakı mənbəələr hesabına formalaşır:
Birgə vergilərə daxildir: əmək haqqından tutulan vergilər, gəlir vergisi, korporasiyalardan alınan vergilər, əlavə dəyər vergisi (daşınan malların dövriyyəsinə görə alınan vergilər daxil olmaqla) İcma büdcəsi aşağıdakı daxilolmalar hesabına formalaşır:
Münasib dinlərə (kotolik, protestant, lyuteran) inananlardan kilsə vergilərinin alınması hüquqi baxımdan kilsənin səlahiyyətlərinə aiddir.
Federal vergilərin əsasını aksizlər təşkil edir. Bura mineral yanacağa vergilər, spirt və alkoqollu məmulatlara vergilər, tütün məmulatlarına vergilər, sığorta fəaliyyətindən gəlirlərə vergilər, gömrük rüsumları və başqaları daxildir. Həmin vergilər tam həcmdə federal büdcəyə köçürülür. Federal vergilər daxilində spirt-alkoqollu içkilər, tütün və tütün məmulatlarına hesablanan və ödənilən vergilər böyük əhəmiyyətə malikdir.
Federal və ərazi büdcələrinə daxil olan paylara (hissələrə) görə Federasiya və Ərazilər birgə vergilərə malikdirlər. Bura gəlir vergisi, korporasiyalardan alınan vergilər, dövriyyədən vergilər (əlavə dəyər vergisi) daxildir. Bu vergilər ölkənin büdcə sistemi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də həmin vergilərin tətbiqi federal hakimiyyətin hüquqlarına aid edilir. Yeganə müasir vergi hesab edilən gəlir vergisi üç hakimiyyət arasında müvafiq səviyyədə aşağıdakı qaydada bölünmüşdür.
Birbaşa vergilərin arasında əsas yeri gəlır vergisi tutur. Gəlirin əsas mənbələri əmək haqqı, bank faizləri, qiymətli kağızlardan əldə olunan dividentlər, yaşayış sahələrinin icarəyə verilməsi, fərdi əmək fəaliyyəti və s. Gəlir vergisi mütərəqqi şkala üzrə tutulur.
Vergi ödəyicilərinin gəlirlərinin ümumi məbləğinin 5–10%-i həcmində xüsusi xərcləri (sığorta ödənişləri, ixtisas artırma, xeyriyyəçiliklə əlaqədar xərcləri) gəlirlərindən cıxılır. Müxtəlif kateqoriyaya malik vergi ödəyiciləri tərəfindən təqdim olunan gözlənilməyən (planlaşdırılmayan) xərclər və dijər bu kimi minimumlar gəlirdən çıxılır.
Proqresiv (mütərəqqi) vergi dərəcəsi 15–46% intervalında dəyişir. Gəlirin 204 min avrodan cox olan hissəsi 47% dərəcəsi ilə vergiyə cəlb olunur. Bu zaman 18 yaşadək uşaqlara görə 1800 avro, 18 yaşdan böyük olan uşaqlara görə isə 2400 avro cıxılır. Vergitutma şkalasının dərəcəsi 0–51% intervalında proqresiv hesab edilir. Gəlir vergisinin dərəcələri ilə aşağıdakı cədvəldən tanış olmaq olar.
Ümumi vergitutulan gəlir, avro Marqinal dərəcə, %-lə Verginin məbləği, avro
13 499-a qədər 0 0
13500 – 17495 22,90 – 25,00 12 – 957
17496 – 114696 25,00 – 51,00 970 – 37,892
114695-dən yuxarı 51 37 919
Əmək haqqına vergi bir sıra amillərdən asılı olaraq (ödəyicinin subay, ailəli olması, ailə üzrə hər ikisinin işləməsi) 6 mümkün qrupdan birinə aid edilməsi xüsusiyyəti ilə fərqlənir. İşəgötürən (sahibkar) hər bir işçi üçün vergi kartı aparır. İl uzrə vergi məbləğinin korrektirovkası keçirilir.
Korporasiyaların vergitutma obyekti onun mənfəətidir. 2001-ci ildən korporasiyaların mənfəət üzrə vergi dərəcəsi 25% müəyyən edilmişdir. Həmin vergi üzrə məhdudiyyətlər və qeyri-məhdud məsuliyyətlər mövcuddur. Qeyri-məhdud məsuliyyət o deməkdir ki, korporasiya Almaniyanın hüdudlarından kənarda yerləşir, lakin gəlirləri Almaniya ərazisində əldə edir. Qeyri-məhdudluq Almaniya ərazisinə aid edilir. Korporasiyaların gəlirlərindən vergilər müxtəlif hüquqi formada tədbitlərə görə tutulur. Həmin vergi üzrə bəyənnamə vergi orqanına (təşkilatına) 31 may tarixinədək təqdim edilir. Ödənişlər isə bərabər məbləğdə rüblər üzrə (10 mart, 10 iyun, 10 sentyabr, 10 dekabr tarixlərinədək) ödənilir. İşəgötürən aşağıdakı sosial fondlara ödənişləri həyata keçirir:
Büdcənin gəlir hissəsində korporativ vergilərin xüsusi çəkisi 6% təşkil edir. Bu vergi faktiki olaraq mənfəətdən tutulan birbaşa vergidir və korporasiya statusu olan bütün iri və orta şirkətlərin istehsal-maliyyə fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Almaniyada mənfəətdən korporativ verginin 2 dərəcəsi müəyyənləşdirilmişdir: bölüşdürülməyən mənfəət üçün 40%, bölüşdürülən mənfəət üçün isə 30%. Amortizasiya xətti metodla həyata kecirilir. Eyni zamanda qeyd olunmalıdır ki, 3-dək əmsalla dərəcə tətbiq etməklə, lakin 30%-dan cox olmamaqla hesablama aparıla bilər. Daşınan əmlak uzrə amortizasiya cədvəldə göstərilən dərəcələr üzrə xətti metodla hesablanır.
Əmlakın növü Dərəcəsi Avadanlıq 10% Ofis avadanlığl 20% Avtomobillər, yükdaşıyanlar 20%-dən 25%-ə qədər Patentlər 12,5%
Torpağa amortizasiya hesablanmır. Binaya 2 % dərəcəsi ilə xətti metodla amortizasiya hesablanır. Azalan qalıq metodunun tətbiqi zamanı aşağıdakı dərəcələtin tətbiqinə yol verilir: — birinci səkkiz il – 5%; — növbəti altı il –2,2%; — qalan otuz altı il – 1,255. Qudvill 15 il ərzində xətti metodla silinir. Vergi dövrü təqvim ili sayılır.
Əlavə dəyər vergisi məhsulun son istehlakçıya doğru hərəkətinin bütün mərhələlərində tutulan, ictimai və şəxsi istehlaka tətbiq olunan dolayı vergidir. Vergitutma obyekti məhsul, iş və xidmətlərin ümumi dövriyyəsinin dəyəridir. Deməli, əlavə əyər vergisinin vergitutma obyekti malların və xidmətlərin dəyəri hesab olunur. Büdcə gəlirlərində onun xüsusi çəkisi 28% təşkil edir. Əsas vergi dərəcəsi isə 16% təşkil edir. Əsas ərzaq məhsulları, kitab və jurnallar üzrə aşağı, yəni 7% dərəcəsi ilə vergi tutulur. Sahibkarların cari ildə dövriyyəsi 32,5 min avrodan az olarsa, onlar növbəti ildə ƏDV ödəməkdən azad olmaq hüququna malikdirlər. Fəaliyyər vergisinin obyekti kənd təssərüatı, meşə təsərrüfatı və fərdi əmək fəaliyyəti istisna olmaqla yerdə qalan fəaliyyət növləri ilə məşğul olan müəssisələrdir. Bu fəaliyyət növləri üçün iki vergi dərəcəsi tətbiq olunur: fəaliyyətdən əldə olunan gəlirin 5%-i və vergi tətbiq olunan əsas istehsal fondlarının dəyərinin 0,2%-i.
Ərazi vergiləri daxilində ən əhəmiyyətli vergilər aşağıdakılardır: əmlak vergisi, vərəsəlik vergisi, avtomobil vasitələrinin sahiblərindən alınan vergilər və pivə üçün aksizlər. Əmlak vergisinin vergitutma obyekti vergi ödəyicilərinin əmlakıdır. Bu vergi tam həcmdə (bütövlükdə) federal-ərazi büdcəsinə daxil olur. Əmlakın qiymətləndirilməsi material dəyərlilər üzrə aparılır. Eyni zamanda güzəştlər əmlakın növləri qzrə müəyyən edilir. Vergi tutulan əmlakın dəyərindən vergi dərəcəsi fiziki şəxslər üçün 0,5%, hüquqi şəxslər üçün isə 0,6% müəyyən edilmişdir.
Kilsə və yerli vergilər. Qüvvədə olan qanunlara əsasən federal-ərazi kilsələri kilsə vergiləri toplamaq və öz vəzifələrinin icrası istiqamətində vəsaitdən istifadə üçün sərəncam vermək səlahiyyətlərinə malikdirlər. Kilsə vergilərinin vergitutma obyekti əsasən vergiödəyicilərinin hər bir uşağına görə 300 avro azaldılmaqla gəlir vergisi hesablanmış illik məbləğ hesab edilir. Kilsə xadimləri və ya kilsə icmasının üzvləri vergiödəyiciləri hesab edilir. Kilsə icmasının üzvülüyündən çıxmaq kilsə vergisinin ödənilməsinin dayandırılması deməkdir. Vergi dərəcələri federal-ərazilərdən asılı olaraq gəlir vergisinin 1%-dən 9%-dək dəyişir.
İcma büdcəsinə daxilolmaların əsasını (40%)vergi gəlirləri təşkil edir. Burada yerli vergilər, mədən vergisi, torpaq vergisi, yerli aksizlər, gəlirlərdən istifadənin spesifik formalarına görə vergilər (it sahiblərindən alınan vergilər, əyləncə müəssisələrinin gəlirlərindən vergilər) başlıca rol oynayır.
Mədən vergisi icmanın xərclərinin ödənilməsi (maliyyələşdirilməsi) üçün icmanın mühüm mənbəyi hesab olunur. Mədən müəssisələri və onların gəlirləri vergitutma obyekti hesab olunur. Buna görə də mədən vergisi xərclərə daxil edilir və vergitutulan gəlirin həcmini aşağı salır.
Torpaq vergisinin vergitutma obyekti hüquqi və fiziki şıxslərin torpaq mülkiyyətidir. Bu vergi növü üzrə ödəniş subyektlərin gəlirindən asılı deyildir. Torpaq vergisi icmalar tərəfindən tutulsa da, ancaq onun bir hissəsi ərazi büdcəsinə daxil edilir. Onun dərəcəsi aşağıdakı iki hissədən ibarətdir:
Büdcədən maliyyələşən orqanlar, kilsə (kilsənin torpaq sahəsi, elmi məqsədlər üçün istifadə olunan torpaqlar) bu vergi növünü ödəməkdən azaddır. Vergi dərəcəsi kənd və meşə təsərrüfatı torpaqları qçün 0,6% və sair totpaq sahələr üçün 0,26%-dən 0,35%-dək müəyyən edilmişdir.
Almaniyada vergi sisteminin təkmilləşdirilməsi obyektiv faktlarla müəyyən edilir. Vergitutmanın sosial-iqtisadi hüdudları və istehsal münasibətlərinin formalaşması prosesində dövlətin müdaxiləsinin zəruriliyi Qərb iqtisadçılarının fikrincə Almaniyada əsas vergi problemləri aşağıdakılardır:
Almaniya vergi sisteminin sadalanan aspektlərdə qeyri – mükəmməlliyi həmişə mövcud olmuşdur. Amma dövlət xərclərinin vergilərlə maliyyələşdirilməsi imkanlarının azalması, habelə təbii resursların daha səmərəli istifadəsinə cəhd göstərilməsi bu problemin həll edilməsi vacibliyini təxirəsalınmaz edir. Vergi sistemində islahatların aparılması Almaniya üçün mühüm əhəmiyyət kəsb edir. Fərdlərdən gəlir vergisinin mükəmməlləşdirilməsi persipektivlərinin əsas istiqamətlərindən aşağıdakıları qeyd etmək olar:
Kompaniyaların gəlirlərindən vergilərin tutulması sahəsində islahatların keçirilməsi üçün aşağıdakı əsas istiqamətlərin tətbiqi məqsədəuyğundur:
Müəyyən çətinlik və məhdudiyyətlərə baxmayaraq vergilər və irəli sürülmüş təkliflər barədə geniş diskusiyalar Almaniya vergi sisteminin inkişafının istiqamətləri barədə fikir formalaşdırır. Vergi problemlərinin həlli yolları bir sıra sosial-iqtisadi və inzibati xarakterli məhdudiyyətlərlə qarşılaşır, milli gəlirin milliləşdirilməsi isə son həddə çata bilər. Bundan əlavə vergi siyasətinin xarici aspektlərini də, o cümlədən əsasən vergilərin ölkənin dünya bazarında rəqabətə davamlılığına göstərdiyi təsiri nəzərə almaq lazımdır.
Adekvat vergi siyasətinin həyata keçirilməsi üçün hər şeydən əvvəl sənayenin emal sahələrində və xidmət sferasında vergi yükünün gələcəkdə aşağı salınması kursunun saxlanılması zəruridir. Bu investisiya fəallığına yeni impuls verəcək, kölgəli təsərrüfat fəaliyyətindən imtina etməsi və gəlirlərin artırılması üçün motivasiyanı gücləndirəcək, innovasiya fəaliyyətini və yüksək texnologiyaların inkişafını stimullaşdıracaqdır. Bununla əlaqədar iqtisadiyyatın strukturunun diversifikasiyası və onun gələcəkdə inkişafı üçün zəruri şərtlər yaradılacaq.