Almar vulusvalisi | |
---|---|
35°50′47″ şm. e. 64°32′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 732 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Almar vulusvalisi (puşt. المار ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Almar kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 1] 2015–ci ilə olan məlumatına əsasən Almar vulusvalisinin oturaq əhalisinin sayı 71.764 nəfərdir (35.402 nəfəri kişilər, 36.362 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır.[1] Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.525 km² ərazini əhatə edən vulusvalidə, əhali 86 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.[2]