1. Şərq alqonkinləri 2. Şimal alqonkinləri 3. Mərkəz alqonkinləri 4. Qərb alqonkinləri | ||||||
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
160.000-dən çox | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
Xristianlıq və yerli dinlər | ||||||
Qohum xalqlar | ||||||
Eskimoslar, atabasklar |
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır.[1]
Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur.
Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır:
1. Şərq alkonqinləri — Kanada və ABŞ-də yaşayırlar və dilləri Şərqi Alkonqin dillərinə aiddir: mikmaklar, abenakilər, malesitlər, lenapelər, Karolina alqonkinləri və s.
2. Şimal alqonkinləri — Kanadada yaşayırlar və dilləri Mərkəzi Alkonqin dillərinə daxildir: krilər, atikameklər, naskapilər, innular, alqonkinlər, menominilər və s.
3. Mərkəz alqonkinləri — Kanada və ABŞ-də yaşayırlar və dilləri Mərkəzi Alqonkin dillərinə aiddir: çipevalar, potavatomilər, meskvakilər, şavnilər, miamilər, illinoyslar və s.
4. Qərbi alqonkinlər — Kanada və ABŞ-də yaşayırlar və dilləri Ova Alqonkin dillərinə daxil edilir: qaraayaqlar, arapaholar, atsinalar, şayenlər və s.