Alqı-satqı müqaviləsi

Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir.[1]

Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.[1]

  1. 1 2 Alqı-satqı müqaviləsi // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 56.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]