Alyona Kostornaya

Alyona Kostornaya
rus. Алёна Сергеевна Косторная
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 24 avqust 2003(2003-08-24) (21 yaş)
Doğum yeri
Boyu 156 sm
İdman növü Fiqurlu konkisürmə
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alyona Kostornaya (24 avqust 2003, Moskva) – Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə Avropa Çempionatının və ISU Qran-Pri Finalının qızıl medalına sahib olub. Alyona Kostornaya həm də, Fransa Qran-Prisinin (2019) və Yaponiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2017 və 2018-ci illərdə bürünc, 2019-cu ildə isə gümüş medala sahib olan Alyona Kostornaya, gənclər arasında Polşa (2017), Avstriya (2017) və Çexiya (2018) Qran-Prilərinin qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə gümüş, 2018-ci ildə isə qızl medala sahib olub. 2018-ci ildə gənclər arasında Dünya Çempionatının qalibi olmağı da bacaran Alyona Kostornaya, həm də gənclər arasında Rusiya Çempionatında 2018 və 2019-cu illərdə gümüş medala sahib oldu.

Alyona Kostornaya 2004-cü il avqustun 24-də anadan olub. O, 4 yaşından 1 №-li UGİM-də Marina Çerhasovanın rəhbərliyi altında idmanla məşğul olmağa başlayıb. 2017-ci ildən isə Alyona Kostornaya, Eteri Tutberidzenin məşqçiliyi altında məşq etməyə başladı.

2016–2017-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında dördüncü pillə

[redaktə | mənbəni redaktə et]

Alyona Kostornaya 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda 57.77 balla 12-ci, sərbəst proqramda isə 104.48 balla 16-cı pillənin sahibi oldu. Bununla da Alyona Kostornaya ümumi nəticədə 162.25 balla 18 idmançı sırasında 16-cı pillənin sahibi oldu. Çempionatın qızıl medalına isə Alina Zaqitova sahib oldu.

2017–2018-ci illər mövsümü

[redaktə | mənbəni redaktə et]
Alyona Kostornaya 2017-ci il gənclərin Qran-Pri Finalında

Aleksandra Trusova, 2017–2018-ci illər mövsümündə qısa proqramlarda Peggi Linin bəstəsi olan "Big Spender" əsərinin, sərbəst proqramlarda isə Antonio Vivaldinin bəstəsi olan "The Four Seasons: Summer" əsərinin sədaları altında mübarizə apardı.

Alyona Kostornaya 2017–2018-ci illər mövsümündə gənclər arasında baş tutan beynəlxalq səviyyədə yarışlarda mübarizə apardı. O, Polşanın Qdansk şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Alyona Kostornaya qısa proqramda 70.16 balla birinci, sərbəst proqramda isə 128.76 balla ikinci pillənin sahibi oldu və ümumi nəticədə 198.92 balla gənclər arasında Polşa Qran-Prisinin qalibi oldu.

Daha sonra o, İtaliyanın Egna şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Qısa proqramda 68.72 balla birinci, sərbəst proqramda isə 125.44 balla ikinci pillənin sahibi olan Alyona Kostornaya, ümumi nəticədə 194.16 balla İtaliya Qran-Prisinin gümüş medalına sahib oldu. Qızıl medala isə digər Rusiya nümayəndəsi Sofiya Samodurova sahib oldu. Bir ay ərzində Polşa Qran-Prisində qızıl, İtaliya Qran-Prisində isə gümüş medala sahib olan Alyona Kostornaya, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Yaponiyanın Nagoya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Aleksandra Trusova, Sofiya Samodurova, Alyona Kostornaya, Darya Panenkova və Anastasiya Tarakanova, habelə Yaponiya nümayəndəsi Rika Kihira mübarizə apardı. Alyona Kostornaya, qısa proqramda 72.64 balla ikinci pillənin sahibi oldu. Sərbəst proqram isə Alyona Kostornaya və Aleksandra Trusova arasında gərgin idman mübarizəsi şəraitində baş tutdu. Birinci pillənin sahibi 132.94 balla Alyona Kostornaya oldu. Trusova isə Kostornayadan 0.58 bal az topladı: 132.36, amma ümumi nəticədə Aleksandra Trusova 205.62 balla qızıl medalın, Alyona Kostornaya isə 205.58 balla gümüş medalın sahibi oldu.

Alyona Kostornaya növbəti uğuruna St. Peterburq şəhərində baş tutan Rusiya Çempionatında imza atdı. 14 yaşlı Alyona Kostornaya, qısa proqramda 75.60 balla, sərbəst proqramda isə 142.98 balla dördüncü pillənin sahibi oldu. Bu minvallada o, ümumi nəticədə 218.58 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu. Çempionatın qalibi isə Alina Zaqitova oldu.

Daha sonra o, 2018-ci ilin 22–26 yanvarında Saransk şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan çempionatda 16-cı pillənin sahibi olan Alyona Kostornaya, bu səfər gümüş medalın sahibi oldu. Qısa proqramda 70.88 balla üçüncü pillənin, sərbəst proqramda isə 141.64 balla birinci pillənin sahibi olan Alyona Kostornaya, ümumi nəticədə 212.52 balla gənclər arasında Rusiya Çempionatının gümüş medalına oldu. Qızıl medalı Aleksandra Trusova, bürünc medalı isə Stanislava Konstantinova qazandı. Bununla da onlar, gənclər arasında Dünya Çempionatına vəsiqə qazandı.

2017–2018-ci illər mövsümünün gənclər arasında əsas yarışı – 5–11 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempiontı idi. Alyona Kostornaya qısa proqramda 72.64 balla 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda da o, 135.76 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 208.40 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına oldu. Gənclər arasında Dünya Çempionatının qızıl medalını Aleksandra Trusova, bürünc medalını isə Mako Yamaşita qazandı.

Alyona Kostornaya 2017–2018-ci illər mövsümü ərzində qatıldığı altı yarışın birincəd qızıl, dördündə gümüş, birində isə bürünc medala sahib oldu.

2018–2019-cu illər mövsümü

[redaktə | mənbəni redaktə et]

Aleksandra Trusova, 2018–2019-cu illər mövsümündə qısa proqramlarda Nensi Sinatra bəstəsi olan "Bang Bang" əsərinin, sərbəst proqramlarda isə Tomoyasu Hoteinin bəstəsi olan "Kill The Target" əsərinin sədaları altında mübarizə apardı.

Ötən mövsüm ərzində gənclər arasında ISU Qran-Pri Finalının və Dünya Çempionatının gümüş medalına sahib olan Alyona Kostornaya, 2018–2019-cu illər mövsümündə də gənclər arasında baş tutan beynəlxalq səviyyədə yarışlarda mübarizə apardı. Əvvəlcə o, 28 avqust-1 sentyabrda Avstriyanın Linz şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Avstriya Qrap-Prisində mübarizə apardı. Alyona Kostornaya, qısa proqramda 3Lz+3T tullanışı etdi və 72.08 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Alyona Kostornaya, 3F+3T və 3S+3T tullanışları etdi və 132.42 balla birinci pillənin sahibi oldu. Bununlada Alyona Kostornaya, ümumi nəticədə 204.50 balla gənclər arasında Avstriya Qran-Prisinin qızıl medalına sahib oldu.

O, növbəti uğuruna Çexiyanın Ostrava şəhərində baş tutan gənclər arasında Çexiya Qran-Prisində imza atdı. Qısa proqramda 3Lz+3T tullanışı edən Alyona Kostornaya, 70.24 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə o, üçlü flip tullanışı etməyə cəhd edən zaman buzüstünə yıxıldı, amma bununla belə Alyona Kostornaya, 128.14 balla birinci pillənin sahibi oldu. Bu minvallada o, ümumi nəticədə 198.38 balla birinci pillənin sahibi oldu və gənclər arasında Çexiya Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində Avstriya və Çexiya Qran-Prilərinin qızıl medalı sahib olan Alyona Kostornaya, növbəti dəfə gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Kanadanın Vankuver şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Aleksandra Trusova, Alyona Kostornaya, Anna Şerbakova, Anastasiya Tarakanova və Alyona Kanışeva, habelə Cənubi Koreya nümayəndəsi Kim Ye-Lim mübarizə apardı. Alyona Kostornaya, qısa proqramda 76.32 balla, sərbəst proqramda isə 142.68 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 218.98 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu. O, həm də qısa proqramda Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 74.74 balla Aleksandra Trusova sahib idi). Gümüş medala sahib olan Aleksandra Trusova isə Alyona Kostornayadan 3.76 bal az topladı: 215.22. Bürünc medalı isə digər Rusiya nümayəndəsi Alyona Kanışeva qazandı.

Daha sonra Alyona Kostornaya, Saransk şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan Rusiya Çempionatının bürünc medalına sahib olan Alyona Kostornaya, qısa proqramda 74.40 balla üçüncü pillənin sahibi oldu. Sərbəst proqramda da o, 152.14 balla üçüncü pillənin sahibi oldu və ümumi nəticədə 226.54 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu. Qızıl medalı Anna Şerbakova, gümüş medalı isə Aleksandra Trusova qazandı.

31 yanvar-4 fevralda isə Perm şəhərinin ev sahibliyində gənclər arasında Rusiya Çempionatı baş tutdu. Ötən il baş tutan çempionatın gümüş medalına sahib olan Alyona Kostornaya, bu səfərdə gümüş medalın sahibi oldu. O, qısa proqramda 80.98 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Alyona Kostornaya, 151.82 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 232.80 balla gənclər arasında Rusiya Çempionatının gümüş medalına sahib oldu. Qızıl medalı Aleksandra Trusova, bürünc medalı isə Anna Şerbakova qazandı.

2018–2019-cu illər mövsümünün gənclər arasında əsas yarışı – 4–10 martda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempiontı idi. Gənclər arasında Rusiya Çempionatının medallarına sahib olan Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbakova həmin çempionatda mübarizə aparmalı idi, amma Alyona Kostornayanın martın 4-də zədələnməsi, onun çempionatda mübarizə aparmasına icazə vermədi. Onu, Kseniya Sinitsina əvəzlədi.

15 yaşlı Alyona Kostornaya 2018–2019-cu illər mövsümü ərzində qatıldığı beş yarışın üçündə qızıl medala, birində gümüş medala, birində isə bürünc medala sahib oldu.

2019–2020-ci illər mövsümü: Avropa Çempionatında bürünc medal

[redaktə | mənbəni redaktə et]

Aleksandra Trusova, 2019–2020-ci illər mövsümündə qısa proqramlarda Edvard Grieg bəstəsi olan "Solveig's Song" əsərinin, sərbəst proqramlarda isə Matt Bellaminin bəstəsi olan "For the Throne" əsərinin sədaları altında mübarizə apardı.

Alyona Kostornaya, Finlandiyanın Espoo şəhərinin ev sahibliyində baş tutan "Finlandia Trophy" yarışında mübarizə apardı. O, qısa proqramda 77.25 balla, sərbəst proqramda isə 158.60 balla birinci pillənin sahibi oldu. Bununlada Alyona Kostornaya, ümumi nəticədə 235.84 balla "Finlandia Trophy" yarışının qalibi oldu.

Alyona Kostornaya, 2019–2020-ci illər mövsümündə ISU Qran-Pri yarışının Fransa və Yaponiya mərhələlərində mübarizə apardı. 1–4 noyabrda Frasanın Qrenobl şəhərinin ev sahibliyində baş tutan "Internationaux de France" yarışının qısa proqramında Alyona Kostornaya, 75.55 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da o, 160.45 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 236.00 balla "Internationaux France" yarışının qalibi oldu.

Daha sonra o, 22–24 noyabrda Yaponiyanın Sapporo şəhərində baş tutan "NHK Tophy" yarışında mübarizə apardı. Qızıl medal uğrunda əsas mübarizə Alyona Kostornaya və Yaponiya nümayəndəsi Rika Kihira arasında oldu. Qısa proqramda Alyona Kostornaya 85.04 balla birinci, Rika Kihira isə 80.90 balla ikinci pillənin sahibi oldu. Sərbəst proqramda da birinci pillənin sahibi Alyona Kostornaya oldu: 154.06 balla. Rika Kihira isə 151.95 balla ikinci pillənin sahibi oldu. Bununlada Alyona Kostornaya, ümumi nəticədə 240.00 balla "NHK Trophy" yarışının qızıl medalına sahib oldu. Gümüş medalı Rika Kihira, bürünc medalı isə digər Rusiya nümayəndəsi Alina Zaqitova qazandı. Bir ay ərzində həm Fransa Qran-Prisinin, həm də Yaponiya Qran-Prisinin qalibi olan Alyona Kostornaya, ISU Qran-Pri Finalına vəsiqə qazandı.

İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Alyona Kostornaya, Aleksandra Trusova, Anna Şerbakova və Alina Zaqitova, Yaponiya nümayəndəsi Rika Kihira və ABŞ nümayəndəsi Mariah Bell mübarizə apardı.

Qısa proqramda Alyona Kostornaya, 86.45 balla birinci pillənin sahibi oldu. O, həm də Dünya rekorduna imza atdı. (əvvəl Dünya rekorduna 85.04 balla məhz özü sahib idi) Sərbəst proqramda isə Alyona Kostornaya, 162.15 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Alyona Kostornaya, 248.60 balla birinci pillənin sahibi oldu və ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu. O, həm də ümumi nəticə üzrə Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 242.02 balla Aleksandra Trusova sahib idi) Gümüş medalı Anna Şerbakova, bürünc medalı isə Aleksandra Trusova qazandı.

Daha sonra Alyona Kostornaya, Krasnoyarsk şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan Rusiya Çempionatının bürünc medalına sahib olan Alyona Kostornaya, bu səfər gümüş medala sahib oldu. O, qısa proqramda 92.86 balla birinci, sərbəst proqramda isə 172.98 balla ikinci pillənin sahibi oldu. Bu minvallada Alyona Kostornaya, ümumi nəticədə 285.94 balla Rusiya Çempionatının gümüş medalını qazandı. Qızıl medala Anna Şerbakova, bürünc medala isə Aleksandra Trusova sahib oldu.

Alyona Kostornaya, 2020-ci ilin yanvar ayında Avropa Çempionatlarında debüt etdi. O, 20–26 yanvarda Avstriyanın Graz şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatında mübarizə apardı. Qısa proqramda Alyona Kostornaya, sonra 84.92 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə o, 155.90 balla ikinci pillənin sahibi oldu (birinci pilləni 160.80 balla Anna Şerbakova tutdu). Bununla belə o, ümumi nəticədə 240.82 balla Avropa Çempionatının qızıl medalını qazandı. Gümüş medala Anna Şerbakova, bürünc medala isə Aleksandra Trusova sahib oldu.

Rusiya yığmasından Alyona Kostornaya, Anna Şerbakova və Aleksandra Trusova 16–22 martda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə aparmalı idi, amma Dünya Çempionatından 5 gün əvvəl, martın 11-də ISU (Beynəlxalq Konkisürmə Birliyi), Koronavirusun yeni forması olan COVID-19 pandemiyasına görə Dünya Çempionatının təxirə salındığını elan etdi.

16 yaşlı Alyona Kostornaya 2019–2020-ci illər mövsümü ərzində qatıldığı altı yarışın beşində qızıl medala, birində isə gümüş medala sahib oldu.

2020-ci il Avropa Çempionatının podiumu

Karyerası ərzində 4 mövsümdə mübarizə aparan Alyona Kostornaya, 10 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
16–17
17–18
18–19
19–20
20–21
Beynəlxalq yarışlar
Dünya Çempionatı
C
Avropa Çempionatı
1-ci
Qran-Pri: Final
1-ci
Qran-Pri: Fransa
1-ci
Qran-Pri: Yaponiya
1-ci
"Finlandia Trophy"
1-ci
Beynəlxalq yarışlar (Gənclər arasında)
Gənclərin Dünya Çempionatı
2-ci
WD
Gənclərin Qran-Prisi: Final
2-ci
1-ci
Gənclərin Qran-Prisi: Avstriya
1-ci
Gənclərin Qran-Prisi: Çexiya
1-ci
Gənclərin Qran-Prisi: İtaliya
1-ci
Gənclərin Qran-Prisi: Polşa
1-ci
Rusiya daxili yarışlar
Rusiya Çempionatı
3-cü
3-cü
2-ci
Gənclərin Rusiya Çempionatı
16-cı
2-ci
2-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı
Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2016–2017-ci illər mövsümü
1.
01.02.2017
5. fevral 2017
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
57.77
12
104.48
16
162.25
16-cı
2017–2018-ci illər mövsümü
2.
04.10.2017
8. oktyabr 2017
ISU Gənclərin Polşa Qran-Prisi Polşa Polşa
70.16
1
128.75
2
198.92
1-ci
3.
11.10.2017
14. oktyabr 2017
ISU Gənclərin İtaliya Qran-Prisi İtaliya İtaliya
68.72
1
125.44
2
194.16
2-ci
4.
06.12.2017
12. dekabr 2017
ISU Gənclərin Qran-Pri Finalı Yaponiya Naqoya
72.66
2
132.94
1
205.60
2-ci
5.
20.12.2018
24. dekabr 2018
Rusiya Çempionatı Rusiya Rusiya
75.60
4
142.98
4
218.58
3-cü
6.
22.01.2018
26. yanvar 2018
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
70.88
3
141.64
1
212.52
2-ci
7.
05.03.2018
11. mart 2018
ISU Gənclərin Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
72.64
2
135.76
2
208.40
2-ci
2018–2019-cu illər mövsümü
7.
05.09.2018
8. sentyabr 2018
ISU Gənclərin Litva Qran-Prisi Litva Litva
75.74
1
146.70
1
222.44
1-ci
8.
10.10.2018
14. oktyabr 2018
ISU Gənclərin Ermənistan Qran-Prisi Ermənistan Ermənistan
75.20
1
146.82
1
222.02
1-ci
9.
06.12.2018
10. dekabr 2018
ISU Gənclərin Qran-Pri Finalı Kanada Kanada
74.44
2
140.78
2
215.22
2-ci
10.
18.12.2018
24. dekabr 2018
Rusiya Çempionatı Rusiya Rusiya
75.96
2
154.76
2
230.72
2-ci
11.
01.02.2019
4. fevral 2019
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
70.55
7
164.45
1
235.00
1-ci
12.
04.03.2019
10. mart 2019
ISU Gənclərin Dünya Çempionatı Xorvatiya Xorvatiya
72.50
2
150.40
1
222.90
1-ci
2019–2020-ci illər mövsümü
13.
18.09.2019
22. sentyabr 2019
"Ondrej Nepela Memorial" Slovakiya Bratislava
75.92
1
164.78
1
240.70
1-ci
14.
05.10.2019
6. oktyabr 2019
"Japan Open" Yaponiya Yaponiya
160.54
1
615.75
1-ci
15.
25.10.2019
28. oktyabr 2019
ISU Kanada Qran-Prisi Kanada Kanada
75.40
3
166.62
1
242.02
1-ci
16.
15.11.2019
18. noyabr 2019
ISU Rusiya Qran-Prisi Rusiya Rusiya
74.22
2
148.84
1
234.48
1-ci
17.
05.12.2019
8. dekabr 2019
ISU Qran-Pri Finalı İtaliya İtaliya
72.44
5
162.74
3
234.18
3-cü
18.
26.12.2019
30. dekabr 2019
Rusiya Çempionatı Rusiya Rusiya
75.46
3
150.88
3
226.34
3-cü
19.
24.01.2020
25. yanvar 2020
Avropa Çempionatı Avstriya Avstriya
74.95
3
150.40
3
225.35
3-cü