Alıbəyli | |
---|---|
40°05′44″ şm. e. 47°09′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 117 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246 |
Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[1]
Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır[2].
Azərbaycan SSR-in 1926-cı il tarixli inzibati-ərazi bölgüsünə əsasən Alıbəyli kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilib[3].
1929-cu il inzibati ərazi islahatı nəticəsində Alıbəyli kəndi Azərbaycan SSR Üçoğlan kənd Şurasının (Sovetliyinin) tərkibində aid edilib.
1961 - 1977-ci illərdə Alıbəyli Üçoğlan Sovetliyində fəaliyyət göstərib[4][5].
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilmiş, onun nizamnaməsi qəbul edilmişdir. Həmin vaxt Bələdiyyənin ərazisinə aşağıdakı inzibati ərazi vahidləri aid edilmişdi:
Üçoğlan kənd iəd | Alıbəyli kəndi |
Birinci Alıbəyli qəsəbə iəd | Birinci Alıbəyli qəsəbəsi |
İkinci Alıbəyli qəsəbə iəd | İkinci Alıbəyli qəsəbəsi |
Üçoğlan kənd iəd | Böyükbəyli kəndi |
Üçoğlan kənd iəd | Kiçikli kəndi |
Alıbəyli Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilmişdi.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Alıbəyli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdu.
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli Qanunun[9] 7.1-ci bəndinə əsasən "Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılıb və həmin bələdiyyənin mərkəzi Üçoğlan kəndidir (bu Qanun 25.11.2024-cü il tarixindən qüvvədədir).
Bununla yanaşı, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18 oktyabr 2024-cü il tarixli Qanunla[10][11] təsdiq edilmiş Əlavənin "Ağdam rayonu" hissəsinin 7-ci bəndində "Üçoğlan-Alıbəyli" bələdiyyəsi təsbit edilmişdir (bu Qanun 25.11.2024-cü il tarixindən qüvvədədir).
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |