Ambrozio Kontarini

Ambrozio Kontarini
Doğum tarixi 1429[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1499[1][2][…]
Vəfat yeri
Fəaliyyəti diplomat, tədqiqatçı-səyyah[d], hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ambrozio Kontarini (it. Ambrogio Contarini) ; (1429-1499) — Venesiya taciri və diplomatı.

Viaggio al signor Usun Hassan re di Persia, 1487

Zadəgan ailəsindən olan Kontarini 1463-cü ildə Osmanlı-Venesiya müharibəsi başlayana kimi Osmanlı dövlətinin paytaxtı İstanbulda ticarətlə məşğul olmuşdur. Müharibə Venesiya Respublikasını Osmanlıya qarşı böyük bir ittifaq formalaşdırmağa məcbur etdi. Bu məqsədlə 1474-cü ildə Ambrozio Kontarini Uzun Həsənlə diplomatik əlaqələr qurmaq üçün Ağqoyunlu dövlətinə göndərildi. Kontarini Mərkəzi Avropadan keçməklə 1474-cü ilin avqustunda Təbrizə, oktyabrda isə İsfahana gəldi. Kontarini səmimi bir şəkildə qəbul olunsa da, Uzun Həsən Osmanlıya qarşı ittifaqa razılıq vermədi. Kontarini 1477-ci ildə Venesiyaya qyıdır və "İrana səyahət" (it. VIAGGIO IN PERSIA) adlı xatirələrini yazır.

  • Mahmudov Y. M. Səyyahlar Azərbaycana gəlir. Bakı: "Gənclik" nəşriyyatı. 1977. s. 86-114.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]