Ambulatoriya

Rusiyanın Nijni Novqorod şəhəri yaxınlığında yerləşən Veliki kəndindəki ambulatoriya məntəqəsi.

Ambulatoriya (lat. ambulatorius; azərb. səyyar‎) - əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Poliklinikadan fərqli olaraq, ambulatoriya xəstələrə yalnız əsas ixtisaslar üzrə (terapiya, cərrahiyyəstomatologiya, bəzən pediatriya, ginekologiya) tibbi yardım göstərir. Ambulatoriya dispanserizasiya (xəstələri vaxtında aşkara çıxartmaq) və səhiyyə maarifi ilə də məşğul olur. Səyyar ambulatoriyalarda var. Onlarda terapiya və cərahiyyə kabinetləri olur.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 414. ISBN 978-9952-441-02-4.