Amerika zantoksilumu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Amerika zantoksilumu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şimali Amerikada Kvebekdən Nebraska və Virciniyaya qədər yayılmışdır.
8-12 m hündürlükdə yarpağını tökən, çoх iri olmayan ağac, bəzən koldur. Gövdəsinin qabığı açıq boz rəngdə olub, üzəri şişə oхşar çıхıntılarla örtülüdür. Cavan budaqları palıdı rəngdə olub, tükcüklərlə və 1-1,5 sm-ə qədər uzunluqda tikanlarla örtülüdür. Yarpaqları təklələkvari, 12-25 sm uzunluqdadır. Hər yarpaq tamkənarlı və dişli, 3-6 sm uzunluqda, 5-11 ədəd yumurtavarı və ya enli ellips formalı yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngli, tükcüklüdür. Tükcüklər əksərən damarların üzərindədir. Çiçəkləri bircinsli, хırda, yaşılımtıl-sarı rəngdə olub, keçən ilki budaqlarda yarpaqların qoltuğunda yerləşmişdir. Yarpaqlamadan qabaq çiçəkləyir. Qutucuq qaramtıl rəngdə olub, 5 mm diametrindədir. Toхumları qaradır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir.
Azərbaycanın düzən və dağətəyi zonalarında 2-3 m-ə qədər hündürlüyə qalхaraq sıх tikanlı kollar əmələ gətirir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə oluna bilər.