Amfisbena | |
---|---|
| |
Mifologiya |
Qədim yunan mifologiyası Roma mifologiyası |
Tipi | ilan |
Yunanca adı | ἀμφίσβαινα |
Latınca adı | amphisbaena |
Vikianbarda əlaqəli mediafayllar |
Amfisbena (q.yun. ἀμφίσβαινα; ἀμφίς – "hər iki tərəfdən" və βάινο – "gedirəm" sözlərindən) — yunan və Roma mifologiyasında uydurma ilanabənzər heyvan.
"Amfisbena" yunan dilindəki "ἀμφίς" – "hər iki tərəfdən" və "βάινο" – "gedirəm" sözlərindən yaranışdır. Bu, hərfi tərcümədə "iki istiqamətdə hərəkət etmək" deməkdir.[1]
Plini və Lukan amfisbenanı "bədənin hər iki ucunda yerləşən iki başı var idi" kimi təsvir etmişdir. Plini əlavə edir: "Sanki onun ağzı zəhərini üfürməyə bəs etmir, gözləri də od püskürür. Onun istiliyi qarı əridə bilər". Amfisbenanı cəhənnəmin yeddinci dairəsinə yerləşdirən Brunetto Latini yazmışdır ki, "amfisbena iki başı olan bir ilandır. Onlardan biri öz yerində, digəri quyruqundadır. Onların hər ikisini sancmağı bacarır, çevik hərəkət edir və gözləri şam kimi yanır". Belə bir fikir var idi ki, iki hissəyə kəsilmiş amfisbena dərhal bərpa olunur. O, insan cəsədləri ilə qidalanır.[1]