Aminosirkə turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Aminosirkə |
Kimyəvi formulu | H2NCH2COOH |
Molyar kütlə | 78,11 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,607 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 232 °C °S |
Qaynama nöqtəsi | 236 °C °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 2,35 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 56-40-6 |
PubChem | 750, 5257127 |
ChEBI | 15428, 57305 |
ChemSpider | 730 |
[1]Aminosirkə turşusu - (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) amino turşuların ilk nümayəndəsidir.
O 1820-ci ildə Brakonno tərəfindən zülal kleyinin hidrolizindən alınıb, hansı ki, 25% qlisin tərkiblidir və özünün şirin, dadlı olmasına görə qlikakol adlandırılıb (yunanca qlikos-şirin, kolla-kleydir). Qlisin heyvanların ən ibtidai tiplərinin əzələlərində rast gəlir.
Çoxlu sayda (36% ilkin xammalının kütləsindən) ipəyin zülal maddəsinin hidrolizi zamanı əmələ gəlir, kleyin hidrolizindən, su və sulfat turşusu ilə qaynaması zamanı, həmçinin gippur turşusunun hidrolizindən, hazırda isə qlisin sintetik yolla karbon turşularının xlorlaşdırılmasından, sonradan xlorsirkə turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır.
15 yanvar 2016-cı ildə yeddi illik səyahətdən sonra kosmik gəmi geriyə qayıdarkən ulduz tozundan olan nümunə kapsulasını yerə atır. Bu nümunələrdə qlisinin izləri tapılmışdır. Maddə yer şəraitində əmələ gəlmədiyindən onda yerdəki qlisinə nisbətən daha çox C13 izotopu aşkar olunmuşdur.
2016-cı ilin mayında alimlər qlisinin 67P/ Чурюмова-Герасименко kametin ətrafındakı bulud qazında olmasını elan edilib. Belə ki, aminosirkə turşusunda amino qrupu karboksilinin qonşuluğundakı karbon atomunda yerləşdiyinə görə, bu turşu amino turşulara aiddir.
Aminosirkə turşusu bütün başqa aminoturşulardan fərqli olaraq optiki aktivliyə malik deyildir.Aminosirkə (aminoetan) turşusu xalq arasında qlisin kimi məlum olan ağ və ya açıq-boz rəngli toz halında kristallik, iyi az, sadə alifatik amino turşulara aiddir. Maddə isti suda yaxşı, efirdə, spirtdə və başqa üzvü həlledicilərdə pis həll olur. Aminosirkə turşusu şirin, rəngsiz, kristal halında kristallaşır, 2280C-də tunc rəngini alır, 2320C-də əriyir.
Burada təqdim olunan aminosirkə turşusu (qlisin) ən sadə amino turşudur. Belə birləşmə həm turşu, həm də əsasi xassələrə malik olduğu üçün amfoter birləşmə adlanır.
Qlisin turşu kimi metal ionları ilə mürəkkəb duzlar əmələ gətirir (qlisenatlar, yaxud xelatlar), natrium qlisinat, dəmir qlisinatı, mis qlisinatı, marqans və s.
Qlisin bir çox zülalların və bioloji aktiv birləşmələrin tərkibinə daxildir. Qlisindən diri hüceyrələrdə porfirinləri və purinli əsasları sintez edirlər.
Qlisin həmçinin ikili təsirə malik olan neyromediator aminoturşudur. Qlisin resseptorları baş və bel iliyinin çox hissəsində olur Antioksidləşdirici, antitoksik, antidepressiv xassələrinə görə aminosirkə turşusundan bir çox dərmanların tərkibində istifadə olunur;
Serobrolizin çoxlu miqdarda qlisin tərkiblidir. Özünün xeyirli xassələrinə görə idman yeməklərinə daxildir. Aminosirkə turşusu müxtəlif kübrələr, boyalar, sulfat turşusunun və s. alınmasında istifadə olunur. Raket yanacaqlarında oksidləşdirici kimi istifadə edilir. Fotoqrafiya işlərində baha olmayan aydınlaşdırıcı kimi istifadə olunur.