Amrita

Hinduizm tanrısı Mohininin Amrita ilə təsviri.

Amrita (sanskr. अमृत; azərb. əbədilik‎) – hind mifologiyasında əbədilik nektarı (içkisi). Ambroziyaya uyğundur. Amrita ilə bağlı əsatirlər geniş yayılmışdır. Ən məşhur əsatirə görə, dünya okeanının tanrılar və asuralar tərəfindən çalxalanmasından sonra oradan əlində Amrita ilə dolu qab tutan günəş ilahəsi Dhanvantari peyda olur. Digər əsatirə görə, Haruda anası Vinatinin azad olunması üçün bu içkini tanrılardan oğurlayıb ilannaqlara verməli idi. Döyüşdə Haruda İndranın başçılıq etdiyi tanrılara qalib gəlir və əbədilik içkisini qənimət kimi alaraq ilalara verir. Lakin sonra Haruda Amritanın geri alınması üçün İndraya kömək edir və əbədilik içkisi tanrılara qaytarılır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 455. ISBN 978-9952-441-02-4.