AMRİTA ARORA LADAK | |
---|---|
ing. Amrita Arora | |
Doğum tarixi | |
Doğum yeri | Mumbay, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı | Şakil Ladak (2009) |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 2002-bu günə qədər |
IMDb | ID1147677 |
Vikianbarda əlaqəli mediafayllar |
Amrita Arora (31 yanvar 1981) — Bollivud aktrisası.
Arora Çemburda Coyse Polikarp və Anil Arora ailəsində dünyaya gəlib. O Mumbaydakı Loreto qadın monastrında da olub. Amritanın bacısı Malaika Araro Xandır. Amritanın 2010-cu ildə dünyaya gəlmiş Azan adlı oğlu var. 2012-ci ildə özünün dediyinə görə ikinci uşaq gözləyir.
Arora Bollivuddakı debütünü 2002-ci ildə Fərdin Xanla birlikdə çəkildiyi Kitne Door Kitne Paas (Nə qədər uzaq, nə qədər yaxın) filmində reallaşdırır. Ancaq bu film o qədər də uğurlu olmur. Onun ilk uğurlu rolu komediya janrında oynadığı Awara Paagal Deewana (Avara, Dəlisov, Çılğın) filmi olmuşdur. Amritanın iştirak etdiyi Girlfriend (Rəfiqə) filmi mübahisəli bir film olmuşdur. Səbəb kimi çəkilişlər zamanı aktrisalar arasında lezbiyan əlaqələrinin olması göstərilir. 2007-ci ildə Arora bacısı və qayını Arbaz Xanla birlikdə Fərəh Xanın filmi olan Om Şanti Om filminin "Deewangi Deewangi" musiqisinin çəkilişləri üçün dəvət olunur.
İl | Film | Filmin orijinal adı | Rolu | Qeydlər |
---|---|---|---|---|
2002 | Nə qədər uzaq, nə qədər yaxın (film, 2002) | Kitne Door Kitne Paas | Karişma | |
2002 | Avara, Dəlisov, Çılğın (film, 2002) | Awara Paagal Deewana | Mona | |
2003 | Bir və bir on bir (film, 2003) | Ek Aur Ek Gyarah | Priti | |
2003 | Torpaq (film, 2003) | Zameen | Müğənni — Rəqqas | "Dilli Ki Sardi" musiqisi üçün dəvət olunub |
2004 | Yarış (film, 2004) | Shart: The Challenge | Saryu | |
2004 | Rəfiqə (film, 2004) | Girlfriend | Sapna | |
2004 | Mənimlə evlənərsən? (film, 2004) | Mujhse Shaadi Karogi | Romi | |
2004 | Qan (film, 2004) | Rakht | Nataşa Sinq | |
2006 | Deha (2006) | Deha | Rini Sinha | |
2006 | Döyüş klubu - Yalnız Üzvlər (film, 2006) | Fight Club — Members Only | Sonali Bose | |
2007 | Qırmızı: Qaranlığın üzü (film, 2007) | Red: The Dark Side | Ria Malhotra | |
2007 | Salam, balaca (film, 2007) | Heyy Babyy | Özü | "Heyy Babyy" musiqisi üçün dəvət olunub |
2007 | Sürət (film, 2007) | Speed | Samirə Mehra | |
2007 | Om Şanti Om | Om Shanti Om | Özü | "Deewangi Deewangi" musiqisi üçün dəvət olunub |
2008 | Rama Rama Kya Hai Dramaaa (2008) | Rama Rama Kya Hai Dramaaa | Xuşi Bhatia | |
2008 | Salam (film, 2008) | Hello | Radhika Cha | |
2008 | Qəhrəmanlar (film, 2008) | Heroes | Priya | |
2008 | Şən dələduzlar qayıdır (film, 2008) | Golmaal Returns | Eşa Santoşi | |
2009 | Batmış sevgi (film, 2009) | Kambakkht Ishq | Kamini Sandu | |
2009 | Komanda — Güc (film, 2009) | Team — The Force | Riya | |
2010 | Kül (film, 2010) | Raakh | ||
2011 | Baxmayaraq ki, bu mümkündür (film, 2010) | Ek Tho Chance |