Ana Dulse Feliks | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. Ana Dulce Ferreira Félix | |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Ana Dulse Feliks | ||||||||||
Vətəndaşlığı | Portuqaliya | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Qimaraynş, Portuqaliya | ||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||
Medallar
|
|||||||||||
24 sentyabr 2016 tarixində yenilənib. | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ana Dulse Feliks (23 oktyabr 1982) — Portuqaliyalı marafonçu. Ana Dulse Feliks Portuqaliyanı 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2012-ci ildə Avropa Çempionatında qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb.
Ana Dulse Feliks birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 12 saniyəyə qət edərək 118 marafonçu sırasında 21-ci yeri tutdu.
Ana Dulse Feliks növbəti Olimpiya Oyunlarında 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhəri keçirilən XXXI Yay Olimpiya Oyunlarında o, 2 saat 30 dəqiqə 39 saniyəlik nəticə ilə 16-cı yeri tutdu.